Azərbaycan və Çin vətəndaşları vizadan qarşılıqlı azad ediləcək

Tarix:30-05-2025, 13:49
Baxış Sayı:1

Azərbaycan və Çin vətəndaşları vizadan qarşılıqlı azad ediləcək
 
Azərbaycan və Çin vətəndaşları vizadan qarşılıqlı azad ediləcək.
 
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.
 
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.