Bu gün Millətlər Liqasında yarımfinal mərhələsinə start verilir

Tarix:4-06-2025, 16:00
Baxış Sayı:0

Bu gün Millətlər Liqasında yarımfinal mərhələsinə start verilir
 
UEFA Millətlər Liqasında bu gün yarımfinal mərhələsinə start veriləcək.
 
 Almaniya millisi Münhendə Portuqaliya ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 
Digər görüş isə iyunun 5-də reallaşacaq. Burada İspaniya və Fransa yığmaları Ştutqart şəhərində münasibətlərini aydınlaşdıracaq.