Peşəsinə Sədaqəti ilə Seçilən Müəllim – Əbilova Günay

Tarix:7-08-2026, 18:00
Baxış Sayı:195

 






Təhsil bir xalqın gələcəyini formalaşdıran ən müqəddəs sahələrdən biridir. Bu müqəddəs missiyanı böyük məsuliyyət, sevgi və fədakarlıqla yerinə yetirən müəllimlər cəmiyyətin ən dəyərli insanları sırasında yer alırlar. Belə müəllimlərdən biri də Salyan şəhəri Nizami Gəncəvi adına 2 saylı tam orta məktəbin ibtidai sinif müəlliməsi Əbilova Günaydır .

2004-cü ildən müəllimlik fəaliyyətinə başlayan Günay müəllimə uzun illərdir ki, öz bilik və bacarığını şagirdlərinin inkişafına həsr edir. O, müəllimlik peşəsini yalnız bir ixtisas deyil, gələcəyin qurucularını yetişdirən müqəddəs bir missiya hesab edir. Hər bir dərsində uşaqlara bilik verməklə yanaşı, onlara vətən sevgisi, dürüstlük, mərhəmət və yüksək mənəvi dəyərlər aşılayır. İbtidai sinif müəllimi olmaq böyük məsuliyyət tələb edir. Çünki uşaqların məktəbə ilk addımları, ilk uğurları və ilk müəllim xatirələri məhz bu mərhələdə formalaşır. Günay müəllimə öz mehribanlığı, səmimiyyəti, səbirli yanaşması və peşəkarlığı ilə hər bir şagirdinin yaddaşında xoş iz buraxmağa çalışır. Onun sinfində hər bir uşaq özünü dəyərli hiss edir, bilik əldə etməyə həvəslənir və gələcəyə inamla addımlayır.

Günay müəllimə daim yenilikləri izləyən, müasir təlim metodlarından istifadə edən, öz üzərində yorulmadan çalışan müəllimlərdəndir. O, tədrisin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin yaradıcı düşüncə qabiliyyətinin inkişaf etdirilməsi və onların sağlam mənəvi mühitdə böyüməsi üçün böyük səylə çalışır.Həm məktəb kollektivində, həm də valideynlər arasında qazandığı hörmət onun peşəsinə olan sevgisinin, yüksək məsuliyyət hissinin və insanpərvərliyinin nəticəsidir. O, hər zaman əməksevərliyi, nizam-intizamı və səmimi münasibəti ilə seçilir.Bu gün Əbilova Günay öz peşəsinə sədaqətlə xidmət edən, gənc nəslin təlim-tərbiyəsinə dəyərli töhfələr verən nümunəvi müəllimlərdən biri kimi fəaliyyətini uğurla davam etdirir. Onun yetişdirdiyi şagirdlərin uğurları müəllim əməyinin ən gözəl bəhrəsi, qazandığı hörmət isə zəhmətinin ən böyük mükafatıdır.

 Əminik ki, Günay müəllimə bundan sonra da öz bilik və təcrübəsi ilə neçə-neçə şagirdin həyatında silinməz iz qoyacaq, Azərbaycan təhsilinin inkişafına dəyərli töhfələr verməyə davam edəcək. Ona möhkəm cansağlığı, ailə səadəti və müəllimlik fəaliyyətində daha böyük uğurlar arzulayırıq.