Təhsil cəmiyyətin inkişafına xidmət edən ən müqəddəs sahələrdən biridir. Bu inkişafın təməli isə məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur. Gələcəyimizin sağlam, savadlı və vətənpərvər övladlar kimi yetişməsində körpələr evləri və uşaq bağçalarının rolu danılmazdır. Bu müqəddəs missiyanı böyük məsuliyyət, sevgi və peşəkarlıqla həyata keçirən rəhbərlərdən biri də Xırdalan şəhər 1 nömrəli Körpələr Evi–Uşaq Bağçasının müdiri Fəranə Nuriyevadır.
Fəranə Nuriyeva rəhbərlik etdiyi kollektivdə qarşılıqlı hörmətə, səmimiyyətə və yüksək peşəkarlığa əsaslanan sağlam iş mühiti formalaşdırıb. O, hər bir əməkdaşın fəaliyyətini yüksək qiymətləndirən, onların inkişafına dəstək göstərən, eyni zamanda valideynlərlə sıx əməkdaşlıq edən nümunəvi rəhbər kimi tanınır. Bağçada uşaqların hərtərəfli inkişafı üçün yaradılmış şərait, müasir təlim üsullarının tətbiqi, maraqlı məşğələlər, yaradıcı tədbirlər və maarifləndirici layihələr Fəranə xanımın idarəçilik bacarığının bariz göstəricisidir. Burada hər bir uşağın fərdi qabiliyyətinin üzə çıxarılmasına, onların istedadlarının inkişafına və milli-mənəvi dəyərlər ruhunda formalaşmasına xüsusi diqqət yetirilir.
Fəranə Nuriyeva hesab edir ki, məktəbəqədər təhsil sadəcə uşağa bilik vermək deyil, həm də onun şəxsiyyət kimi formalaşmasının əsasını qoymaqdır. Bu baxış sayəsində bağçada uşaqlar sevgi, qayğı və diqqət mühitində böyüyür, ilk dostluqlarını qurur, ilk uğurlarını qazanırlar.Onun rəhbərliyi altında keçirilən milli bayram tədbirləri, vətənpərvərlik mövzulu proqramlar, əyləncəli və maarifləndirici layihələr uşaqların dünyagörüşünün genişlənməsinə, milli kimlik və dövlətçilik ruhunda tərbiyə olunmasına mühüm töhfə verir.Valideynlərlə qurulan etibarlı münasibətlər də Fəranə xanımın fəaliyyətinin mühüm istiqamətlərindəndir. O, ailə və bağça əməkdaşlığını uşağın inkişafının əsas şərtlərindən biri hesab edir və bu istiqamətdə davamlı görüşlər, maarifləndirici söhbətlər və birgə tədbirlər təşkil edir.
Fəranə Nuriyeva daim yeniliyə açıq, müasir idarəetmə prinsiplərini tətbiq edən, kollektivini uğurlara ruhlandıran rəhbərdir. Onun təşəbbüsü ilə bağçada təlim-tərbiyə prosesinin keyfiyyətinin yüksəldilməsi, uşaqların təhlükəsizliyi və sağlam inkişafı istiqamətində mühüm addımlar atılır.Onun ən böyük mükafatı uşaqların saf təbəssümü, valideynlərin etimadı və kollektivin hörmətidir. Fəranə xanım öz zəhməti, insanpərvərliyi və məsuliyyəti ilə məktəbəqədər təhsil sahəsində örnək rəhbərlərdən biri kimi tanınır.Bu gün Xırdalan şəhər 1 nömrəli Körpələr Evi–Uşaq Bağçası yüksək təşkilatçılığı, səmərəli fəaliyyəti və isti, ailə ab-havası ilə seçilən nümunəvi təhsil ocaqlarından biridir. Bu uğurların arxasında isə zəhmətkeş, uzaqgörən və fədakar rəhbər Fəranə Nuriyevanın əməyi dayanır.
Ps. Bizdə Tehsil.info.az ( Tehsil Az ) kollektivi olaraq Fənarə Nuriyevaya gələcək fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı, tükənməz enerji və rəhbərlik etdiyi kollektivlə birlikdə daha böyük nailiyyətlər arzulayırıq. İnanırıq ki, onun rəhbərliyi altında bu təhsil ocağı bundan sonra da ölkəmizin məktəbəqədər təhsil sisteminə dəyərli töhfələr verməyə davam edəcək, gələcəyimizin etibarlı əllərdə böyüməsinə xidmət edəcəkdir.



