Uğura Aparan Təhsil Körpüsü – Arzu Hacıyevanın Rəhbərliyi ilə Böyüyən Turan N.1 Tədris Mərkəzi

Tarix:Bu gün, 14:22
Baxış Sayı:33

    






Azərbaycan təhsilinin inkişafında özünəməxsus yeri olan Turan N.1 Tədris Mərkəzi illərdir ki, minlərlə şagirdin, tələbənin və gəncin uğur yoluna işıq salır. Təhsil sahəsində qazandığı etibar, peşəkar müəllim heyəti, müasir tədris metodları və yüksək nəticələri ilə seçilən bu mərkəz artıq valideynlərin və şagirdlərin güvən ünvanlarından birinə çevrilib.

Tədris mərkəzinin uğurlarının arxasında isə məqsədyönlü fəaliyyət, güclü idarəçilik və təhsilə sonsuz sevgi dayanır. Bu uğurların formalaşmasında İcraçı Direktor Arzu Hacıyevanın əməyi xüsusilə qeyd olunmalıdır. Arzu xanım öz peşəkarlığı, uzaqgörənliyi və yenilikçi düşüncə tərzi ilə Turan N.1 Tədris Mərkəzini daha böyük nailiyyətlərə daşıyan rəhbərlərdən biridir.

Turan N.1 Tədris Mərkəzi fəaliyyətə başladığı gündən etibarən yalnız dərs keçməyi deyil, gələcəyin savadlı, vətənpərvər və bacarıqlı gənclərini yetişdirməyi qarşısına məqsəd qoyub. Burada hər bir şagirdin fərdi xüsusiyyətləri nəzərə alınır, onların potensialının üzə çıxarılması üçün xüsusi proqramlar hazırlanır. Mərkəzdə keçirilən hazırlıq kursları, buraxılış və qəbul imtahanlarına hazırlıq proqramları, xarici dil tədrisi, məktəbəqədər hazırlıq və digər təhsil layihələri yüksək nəticələri ilə diqqət çəkir.


Arzu Hacıyevanın rəhbərliyi altında tədris prosesində müasir texnologiyaların tətbiqinə, innovativ metodların istifadəsinə və müəllimlərin peşəkar inkişafına xüsusi önəm verilir. O, inanır ki, təhsil yalnız dərsliklərdən ibarət deyil. Təhsil eyni zamanda şəxsiyyət formalaşdırmaq, gənclərə həyat yolu göstərmək və onların gələcəyinə istiqamət vermək missiyası daşıyır. Məhz bu yanaşma Turan N.1 Tədris Mərkəzinin əsas fəlsəfəsinə çevrilib. Bu gün mərkəzin yetirmələri Azərbaycanın və xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil alır, müxtəlif sahələrdə uğur qazanırlar. Hər bir uğurlu tələbənin arxasında isə müəllimlərin zəhməti, valideynlərin dəstəyi və Arzu Hacıyevanın rəhbərliyi ilə qurulan güclü təhsil sistemi dayanır.

Arzu xanımın ən böyük üstünlüklərindən biri kollektivlə sıx əməkdaşlıq etməsi, müəllim və şagirdlərlə daim ünsiyyətdə olmasıdır. Onun rəhbərlik prinsipləri insan amilinə, qarşılıqlı hörmətə və keyfiyyətli təhsilə əsaslanır. Bu səbəbdən də Turan N.1 Tədris Mərkəzində yaradılan sağlam təhsil mühiti hər kəs tərəfindən yüksək qiymətləndirilir. Mərkəzdə keçirilən maarifləndirici tədbirlər, seminarlar, bilik yarışları və sosial layihələr də şagirdlərin dünyagörüşünün genişlənməsinə mühüm töhfə verir. Burada yalnız imtahan nəticələri deyil, eyni zamanda gənclərin mənəvi inkişafı, vətənpərvərlik ruhunda yetişməsi və cəmiyyətə faydalı vətəndaş kimi formalaşması da diqqət mərkəzində saxlanılır.Bu gün Turan N.1 Tədris Mərkəzi öz uğurları ilə Azərbaycanın təhsil məkanında seçilən nüfuzlu təhsil ocaqlarından biri kimi tanınır. Bu uğurların memarlarından biri olan Arzu Hacıyeva isə əzmkarlığı, peşəkarlığı və təhsilə verdiyi dəyərlə yüzlərlə gəncin həyatında silinməz iz qoymağa davam edir.


 Turan N.1 Tədris Mərkəzi – gələcəyin uğurlu insanlarını yetişdirən məktəb, Arzu Hacıyeva isə bu uğur yolunun inamlı rəhbəri və təhsilin inkişafına dəyərli töhfələr verən ziyalı xanımlardan biridir.Bizdə Tehsil.info.az ( Təhsil Az ) kollektivi olaraq Turan. N 1 Tədris Mərkəzinin icraçı direktoru Arzu Hacıyevaya və mərkəzin kollektivinə iş fəaliyyətində uğurlar arzu edirik