Abşeron rayon Masazır kənd 5 nömrəli tam orta məktəbin direktor əvəzi Aidə Ramazanzadə öz peşəkarlığı, yüksək idarəçilik bacarığı və təhsilə olan sonsuz sevgisi ilə məktəb kollektivinin və valideynlərin dərin hörmətini qazanmış təhsil rəhbərlərindən biridir. Təhsil sahəsində uzun illərə söykənən fəaliyyəti ərzində Aidə xanım hər zaman müəllim və şagirdlərin yanında olmuş, onların uğurlarına dəstək vermiş, məktəbdə sağlam və yaradıcı təhsil mühitinin formalaşmasına xüsusi töhfələr vermişdir. Onun rəhbərliyi altında məktəbin tədris keyfiyyətinin yüksəldilməsi, şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülmüşdür.
Aidə Ramazanzadə məktəbin idarə olunmasında müasir yanaşmalara üstünlük verir, müəllimlərin peşəkar inkişafına dəstək göstərir və gənc nəslin vətənpərvər, savadlı və yüksək mənəvi dəyərlərə malik vətəndaşlar kimi formalaşması üçün böyük əmək sərf edir. Onun səmimi münasibəti, məsuliyyət hissi və prinsipiallığı məktəb kollektivində xüsusi rəğbətlə qarşılanır. Məktəbdə keçirilən müxtəlif tədbirlər, bilik yarışları, layihələr və sosial aksiyalar Aidə xanımın təşkilatçılığı ilə yüksək səviyyədə həyata keçirilir. O, hər bir şagirdin uğurunu məktəbin uğuru hesab edir və onların gələcək nailiyyətləri üçün daim çalışır.
2025–2026-cı tədris ilinin başa çatması münasibətilə keçirilən "Son Zəng" tədbiri də məktəbin həyatında yaddaqalan günlərdən biri oldu. Aidə Ramazanzadənin rəhbərliyi ilə təşkil olunan tədbir yüksək səviyyədə keçirildi. Məzunlar, müəllimlər, valideynlər və qonaqlar üçün unudulmaz anlarla yadda qalan bu mərasimdə şagirdlərin əldə etdikləri uğurlar vurğulandı, gələcək həyat yollarında onlara uğurlar arzulanıb. Son zəngin sədaları məktəbin həyətində yeni arzuların, böyük hədəflərin və parlaq gələcəyin başlanğıcı kimi səsləndi. Aidə Ramazanzadənin təhsil sahəsində göstərdiyi xidmətlər, gənc nəslin yetişdirilməsi istiqamətində gördüyü işlər və məktəbin inkişafına verdiyi töhfələr onun nüfuzunu daha da artırır. Belə rəhbərlərin fəaliyyəti Azərbaycan təhsilinin inkişafına mühüm töhfə verir və gələcək nəsillər üçün örnək olur.
Peşəkarlığı, məsuliyyət hissi və işinə olan sonsuz sevgisi ilə seçilən Cəlalə xanım uzun illərdir ki, təhsil sahəsində fədakar fəaliyyət göstərir. O, məktəbin direktoru ilə daim sıx əməkdaşlıq edərək təhsil müəssisəsinin inkişafı naminə həyata keçirilən bütün layihələrdə və tədbirlərdə yaxından iştirak edir. Məktəbdə nizam-intizamın qorunması, müəllimlərin fəaliyyətinin koordinasiyası, şagirdlərin bilik və bacarıqlarının artırılması istiqamətində göstərdiyi səylər kollektiv tərəfindən yüksək qiymətləndirilir. Cəlalə xanım hər zaman məktəb direktorunun etibarlı köməkçisi kimi fəaliyyət göstərərək qarşıya çıxan məsələlərin operativ həllinə dəstək verir. Onun təşəbbüskarlığı, təşkilatçılıq bacarığı və düzgün qərar vermək qabiliyyəti məktəbin uğurlarına öz töhfəsini verir. Müəllimlər və valideynlərlə qurduğu səmimi münasibətlər məktəbdə sağlam əməkdaşlıq mühitinin formalaşmasına şərait yaradır.
Şagirdlərin hərtərəfli inkişafını daim diqqət mərkəzində saxlayan Cəlalə xanım onların təhsil nailiyyətləri ilə yanaşı, vətənpərvər, savadlı və layiqli vətəndaş kimi yetişmələri üçün də böyük əmək sərf edir. Onun rəhbərliyi və dəstəyi ilə keçirilən müxtəlif layihələr, müsabiqələr və tədbirlər məktəbin ictimai həyatına xüsusi rəng qatır. Bu gün Masazır kənd 5 nömrəli tam orta məktəbin qazandığı uğurlarda Cəlalə xanımın zəhməti və əməyi aydın şəkildə görünür. O, öz fəaliyyəti ilə sübut edir ki, təhsilin inkişafı naminə çalışan hər bir rəhbər gələcəyimizin qurucularının yetişməsinə böyük töhfə verir.
Ps. Bizdə Tehsil.info.az kollektivi olaraq Abşeron rayon Masazır kənd 5 nömrəli tam orta məktəbin direktor əvəzi Aida Ramazanzadəyə və direktor müavini Cəlalə xanım iş fəaliyyətlərində uğurlar arzu edirik