Bir Direktorun İmzası: Uğur, İnkişaf və Etimad : Lamiyyə Həsənzadə

Tarix:Dünən, 08:18
Baxış Sayı:9

 



Təhsil hər bir xalqın gələcəyini müəyyən edən ən mühüm sahələrdən biridir. Bu müqəddəs missiyanı öz fəaliyyəti ilə şərəfləndirən, gənc nəslin savadlı, vətənpərvər və yüksək mənəvi dəyərlərə malik vətəndaş kimi formalaşmasına töhfə verən pedaqoqlar cəmiyyətin ən dəyərli simaları hesab olunurlar. Belə ziyalılardan biri də Abşeron rayon Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru Lamiyə Həsənzadədir.

Lamiyə Həsənzadə uzun illərdir ki, təhsil sahəsində fəaliyyət göstərərək öz peşəkarlığı, idarəçilik bacarığı və müəllim adına olan sonsuz hörməti ilə seçilir. O, məktəbin idarə olunmasında müasir təhsil prinsiplərinə əsaslanır, müəllim və şagird kollektivinin inkişafı üçün daim yeni təşəbbüslərlə çıxış edir. Onun rəhbərlik etdiyi məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin bilik və bacarıqlarının artırılması istiqamətində mühüm işlər görülür. Direktor kimi Lamiyə xanımın əsas məqsədi məktəbi yalnız təhsil müəssisəsi deyil, həm də mənəvi inkişaf mərkəzi kimi formalaşdırmaqdır. Məktəbdə keçirilən tədbirlər, bilik yarışları, olimpiadalar, vətənpərvərlik mövzusunda təşkil olunan görüşlər və müxtəlif layihələr bu məqsədin uğurla həyata keçirilməsinin göstəricisidir.

Lamiyə Həsənzadə müəllim və şagirdlərlə səmimi münasibəti, hər kəsə fərdi yanaşması ilə kollektivin böyük rəğbətini qazanıb. O, məktəbin hər bir uğurunu kollektiv əməyin nəticəsi hesab edir və daim əməkdaşlıq mühitinin möhkəmlənməsinə çalışır. Onun rəhbərliyi altında məktəbdə sağlam mənəvi atmosfer formalaşıb, müəllimlər öz fəaliyyətlərində daha böyük motivasiya ilə çalışırlar. Təhsilin inkişafı üçün göstərdiyi xidmətlər, yeniliklərə açıq olması və gələcək nəslin yetişdirilməsinə verdiyi töhfələr Lamiyə Həsənzadəni nümunəvi təhsil rəhbərlərindən birinə çevirib. Onun fəaliyyəti göstərir ki, məktəbin uğuru ilk növbədə rəhbərin peşəkarlığından, uzaqgörənliyindən və insanlara olan münasibətindən asılıdır.

Müəllim kollektivi ilə münasibətlərində də Lamiyə Həsənzadə yüksək peşəkarlıq nümayiş etdirir. O, müəllim əməyinə böyük dəyər verir, onların təşəbbüslərini dəstəkləyir və peşəkar inkişaflarını daim diqqətdə saxlayır. Müasir təhsil sisteminin tələblərinə uyğun olaraq müəllimlərin bilik və bacarıqlarının artırılması istiqamətində müxtəlif təşəbbüslərin həyata keçirilməsi onun fəaliyyətinin əsas istiqamətlərindəndir. Valideynlər də məktəbin rəhbərliyinə böyük etimad göstərirlər. Çünki məktəbdə yaradılmış sağlam mühit, tədrisə verilən önəm və şagirdlərə göstərilən diqqət valideynlərin razılığını qazanıb. Lamiyə xanım məktəb-valideyn əlaqələrinin gücləndirilməsinə xüsusi önəm verir və bu əməkdaşlığın təhsil prosesində mühüm rol oynadığını vurğulayır. Şagirdlər Lamiyə xanımı yalnız direktor kimi deyil, həm də qayğıkeş bir rəhbər kimi tanıyırlar. O, hər bir şagirdin uğuruna sevinir, problemlərinə həssaslıqla yanaşır və onların gələcək həyat yollarında uğur qazanmaları üçün əlindən gələni edir. Şagirdlər arasında onun nüfuzu və hörməti də məhz bu insani keyfiyyətlərindən qaynaqlanır.Lamiyə Həsənzadə üçün məktəb sadəcə dərs keçilən məkan deyil. Onun baxışına görə məktəb həm də vətənpərvərlik, mənəviyyat, humanizm və milli dəyərlərin təbliğ olunduğu müqəddəs bir məkandır. Buna görə də məktəbdə keçirilən tədbirlər yalnız təhsil yönümlü deyil, eyni zamanda şagirdlərin vətəndaş kimi formalaşmasına xidmət edir. Dövlətçilik ənənələrinin təbliği, şəhidlərin əziz xatirəsinin yad olunması, milli bayramların yüksək səviyyədə qeyd edilməsi məktəbin həyatında mühüm yer tutur.

Qarşıdan Gələn Son Zəng Sevinci

Bu günlərdə Abşeron rayon Saray qəsəbə 2 nömrəli tam orta məktəbində böyük həyəcan və sevinc hissləri yaşanır. Məktəbin məzunları həyatlarının ən yaddaqalan günlərindən biri olan Son Zəng tədbirinə hazırlaşırlar. Bu əlamətdar gün illərin zəhmətinin, əldə olunan uğurların və gələcəyə açılan yeni yolların rəmzidir. Lamiyə Həsənzadənin rəhbərliyi ilə təşkil olunacaq Son Zəng tədbirinin yüksək səviyyədə keçirilməsi üçün hazırlıq işləri davam edir. Tədbirdə məzunların məktəb illərinə nəzər salınacaq, müəllimlərin əməyi xüsusi vurğulanacaq, şagirdlərin uğurları qeyd ediləcək. Son zəng səsi bir tərəfdən ayrılığın kövrək hisslərini yaşatsa da, digər tərəfdən gənclərin yeni həyata atılmasının müjdəsini verəcək. Lamiyə xanım hər zaman olduğu kimi bu əlamətdar gündə də məzunlara öz dəyərli tövsiyələrini çatdıracaq, onların gələcək həyat yollarında uğurlar qazanacaqlarına inandığını bildirəcək. Məktəbin məzunları isə doğma məktəblərinə, müəllimlərinə və onları hər zaman dəstəkləyən rəhbərliyə minnətdarlıqlarını ifadə edəcəklər. Əminliklə demək olar ki, Saray qəsəbə 2 nömrəli tam orta məktəbdə keçiriləcək Son Zəng tədbiri yaddaşlarda uzun illər qalacaq və məzunların həyatında yeni başlanğıcların simvoluna çevriləcək.

Lamiyə Həsənzadəyə gələcək fəaliyyətində yeni uğurlar, məktəbin müəllim və şagird kollektivinə isə daha böyük nailiyyətlər arzulayırıq. Təhsilimizin inkişafına xidmət edən belə rəhbərlərin fəaliyyəti hər zaman yüksək qiymətə layiqdir.