Abşeron rayonu Mehdiabad qəsəbəsi 18 saylı körpələr evi-uşaq bağçasının müdiri Aygün Həsənova – Dövlətin təhsilə diqqət və qayğısı

Tarix:4-05-2026, 14:00
Baxış Sayı:10

 


“Dövlət başçısının təhsilə diqqət və qayğısı, Aygün xanım Həsənova işinin peşəkarı, təhsil fədaisidir”

Müstəqil Azərbaycanın inkişaf yolunda ən mühüm istiqamətlərdən biri məhz təhsil sahəsidir. Çünki güclü, savadlı və müasir düşüncəyə sahib gənclik olmadan ölkənin gələcəyini parlaq görmək mümkün deyil. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında qeyd etmişdir ki, Azərbaycanın gələcəyi məhz təhsilin səviyyəsindən, gənc nəslin necə yetişməsindən asılıdır. Bu baxımdan dövlət başçısının təhsilə göstərdiyi diqqət və qayğı, həyata keçirdiyi islahatlar xüsusilə məktəbəqədər təhsil sistemində də özünü aydın göstərir.

Məktəbəqədər təhsil hər bir uşağın formalaşma prosesində ilk pillədir. Bu pillədə atılan düzgün addımlar gələcəkdə məktəbdə, daha sonrakı həyat yolunda böyük əhəmiyyət daşıyır. Azərbaycan dövləti bu sahəyə xüsusi önəm verir və məktəbəqədər müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi, yeni bağçaların tikilməsi, mövcud bağçaların yenidən qurulması üçün ardıcıl tədbirlər həyata keçirir.Bu siyasətin uğurla icra olunmasında böyük fədakarlıq göstərən pedaqoqlardan biri də Abşeron rayonu Mehdiabad  qəsəbəsi 18 saylı körpələr evi-uşaq bağçasının müdiri Aygün  Həsənovadır.Onun fəaliyyəti dövlətin təhsil siyasətinə sədaqət, peşəkarlıq və fədakarlıq nümunəsi kimi dəyərləndirilə bilər.

Son illərdə Azərbaycanda məktəbəqədər təhsilin inkişafına xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin sərəncamları və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri ilə ölkənin bütün bölgələrində yeni bağçalar inşa edilir, mövcud olanlar əsaslı təmir olunur. Məqsəd odur ki, hər bir azərbaycanlı uşaq sağlam mühitdə, yüksək səviyyəli təhsil ocağında böyüsün, gələcəyə sağlam və savadlı nəsil kimi qədəm qoysun. Aygün xanım Həsənova  bu siyasətin icrasında fəal iştirak edən pedaqoqlardandır. Onun rəhbərlik etdiyi 18 saylı körpələr evi-uşaq bağçası dövlətin qayğısı ilə təmin edilən müasir müəssisələrdən biridir. Burada yaradılan şərait həm valideynlərin, həm də uşaqların razılığına səbəb olur.

Hər bir müəssisənin uğuru onun rəhbərindən asılıdır. Aygün xanım Həsənova  uzun illərin təcrübəsinə malik, işinə sevgi ilə yanaşan bir pedaqoqdur. Onun idarəçilik üslubunda həm tələbkarlıq, həm də humanizm və səmimilik öz əksini tapır. O, hesab edir ki, bağçada təkcə uşaqların deyil, həm də müəllim və tərbiyəçilərin inkişafı üçün mühit yaradılmalıdır.Məhz bu yanaşma nəticəsində 18 saylı körpələr evi - uşaq bağçası bağçada işləyən hər bir müəllim və tərbiyəçi öz işinə məsuliyyətlə yanaşır, uşaqların hərtərəfli inkişafına töhfə verir. Aygün xanım kollektivlə işləməyi, hər kəsin potensialını düzgün qiymətləndirməyi bacaran bir rəhbərdir.

“Fədai” sözü işinə ürəklə, fədakarlıqla yanaşan insanlara aid edilir. Aygün xanım Həsənova məhz belə təhsil fədaisidir. Onun fəaliyyəti göstərir ki, bağçada sadəcə rəsmi proqramlarla kifayətlənilmir, uşaqların maraq dairəsi və yaradıcılıq bacarıqlarının inkişafı da daim diqqətdə saxlanılır.Bağçada mütəmadi olaraq musiqi tədbirləri, milli bayramlarla bağlı tədbirlər, idman yarışları, intellektual oyunlar keçirilir. Uşaqlar həm əylənir, həm də öyrənirlər. Bu yanaşma onların məktəbə daha hazırlıqlı başlamasına, cəmiyyətə açıq və bacarıqlı fərdlər kimi formalaşmasına kömək edir.

Azərbaycan gəncliyinin əsas vəzifəsi dövlətinə, millətinə sadiq vətənpərvər övladlar olmaqdır. Bu isə ən erkən yaşlardan uşaqlara aşılanmalıdır. Aygün xanım Həsənova rəhbərlik etdiyi müəssisədə bu prinsipə xüsusi əhəmiyyət verir. 18 saylı körpələr evi-uşaq bağçasında keçirilən tədbirlərdə uşaqlara Azərbaycanın bayrağı, gerbi, himni, qəhrəman şəhidlərimizin adları öyrədilir. Dövlət bayramları yüksək səviyyədə qeyd olunur. Körpələr milli rəqslərimizi, uşaq mahnılarımızı sevə-sevə ifa edirlər. Bu isə onların qəlbində milli kimliyə bağlılıq hissini möhkəmləndirir.

Məktəbəqədər təhsil müəssisələrinin uğurlu fəaliyyəti yalnız tərbiyəçilərin zəhməti ilə mümkün olmur. Burada valideynlərin iştirakı da mühüm rol oynayır. Aygun xanım Həsənova valideynlərlə daimi əlaqədə olur, onların təkliflərini dinləyir, uşaqların tərbiyəsində ailə ilə bağçanın birgə əməkdaşlığını gücləndirir.Valideynlər dəfələrlə bildiriblər ki, Ayğün xanımın rəhbərliyi ilə 18 saylı körpələr evi - uşaq bağçasında  sağlam mühitdə böyüyür, müasir təlim metodları ilə tanış olurlar. Bu isə valideynlərin inamını və etibarını daha da gücləndirir.

Aygün Həsənova uğurunun əsas səbəblərindən biri də kollektivdə yaratdığı sağlam mühitdir. Onun rəhbərliyi altında çalışan tərbiyəçilər işlərinə məsuliyyətlə yanaşır, daim yeni metodikaları öyrənməyə maraq göstərirlər. Aygün xanım müəllimlərin seminar və təlimlərdə iştirakına şərait yaradır, onların bilik və bacarıqlarını artırmasına dəstək olur.Bu yanaşma nəticəsində 18 saylı körpələr evi - uşaa bağçası yalnız Mehdiabad qəsəbəsində deyil, ümumilikdə Abşeron rayonunda  nümunəvi məktəbəqədər təhsil müəssisələrindən biri kimi tanınır.

Aygün xanım Həsənova  uğurunun arxasında təkcə peşəkarlıq deyil, həm də insani keyfiyyətlər dayanır. Onu tanıyan hər kəs onun sadəliyini, səmimiliyini və insanlara qayğısını qeyd edir. O, uşaqlara bir ana kimi yanaşır, valideynlərlə açıq dialoq aparır, kollektivinə isə daim dəstək olur.İşində tələbkar olsa da, hər zaman ədalətli qərarlar qəbul etməsi, insanlara hörmətlə yanaşması onun həm rəhbər, həm də pedaqoq kimi nüfuzunu artırır.


 


Abşeron  rayonu Mehdiabad qəsəbəsi 18 saylı körpələr evi-uşaq bağçasının müdiri Ayğün Həsənova öz işinə ürəkdən bağlı olan bir pedaqoqdur. O, dövlətin təhsil siyasətinə sədaqətlə xidmət edir, uşaqların sağlam və savadlı böyüməsi üçün bütün gücünü sərf edir.Aygün xanımın timsalında biz peşəkar rəhbəri, fədakar pedaqoqu və insani keyfiyyətləri ilə seçilən bir təhsil fədaisini görürük. Onun zəhməti bu günün uşaqlarına, sabahın isə vətəninə xidmət edir.