Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, Bakı şəhər 256 nömrəli tam orta məktəbin gənc pedaqoqu Əminə xanım Cəfərova xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Rəhbərlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan özü qazandırır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən insanların istəyini və sevgisini qazanğğmaq istəyirsənsə ilk növbədə onlarla səmimi olmalısan…
Onun haqqında yazmağa ehtiyac varmı? Bu yazılar ona lazımdırmı? Əsla! Amma bu yazılar o kəslərə lazımdır ki, onlar xalqa, dövlətə, dövlətçiliyə xidməti, idarəetməni ondan öyrənsinlər; öz əqidəsinə, məsləkinə və vicdanına layiq hərəkət edən hər kəsə nümunə kimi təqdim və təqdir olunsun. Bunu mən belə düşünürəm. El gözü tərəzidir, deyərlər. Bu gün hər şeyi və hər kəsi görürük… Məqsədli şəkildə vəzifə mənsəbləri – nail olduqları şan və şöhrətin daşıdıqları vəzifənin anlamını onu itirdikdən sonra anlayır və peşiman olurlarsa da, sonrakı peşimançılıq fayda vermir. Çox təəssüf.
Bakı şəhər 256 nömrəli tam orta məktəbin gənc pedaqoqu Əminə xanım Cəfərova məram və məqsədi isə tamamilə fərqlidir. Dövlət və dövlətçilik naminə. Xalq və Vətənə naminəvi xidmət! “Mən xalqımın xidmətçisiyəm”, – Bu sözlər ölkənin birinci şəxsinə məxsusdur. Deməli, hər kəs öz payını götürməlidir. Söz yox, bu paydan kimə nə düşüb-düşməməsinin biz gec və ya tez şahidi oluruq. Türk dünyasının öndəri Atatürk deyirdi: “Məni tanımaq üçün mütləq üzümü görmək lazım deyildir, mənim fikirlərimi, mənim duyğularımı anlasanız və hiss etsəniz, bu kifayətdir…" Bakı şəhər 256 nömrəli tam orta məktəbin gənc pedaqoqu Əminə xanım Cəfərova haqqında yazmaq, onu tərifləmək, xalqa tanıtmağa ehtiyac yoxdur. Sadəcə onun gördüyü işlərə bir az nəzər salmaq kifayət edər və yetərincə bütün suallara cavab tapmış olarsan.
Əminə xanım Cəfərova öz peşəkarlığı və qayğıkeşliyi ilə diqqət cəkən təhsil məmurudur. Bu şəxs özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər bir ehtiyacı olana köməklik göstərməyi, xeyirxah addımlar atmağı sanki özü üçün əsas amal hesab edir. Onu tanıyan, ona bağlı olan hər kəs bilir ki, qəlbində Vətəninə sonsuz məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən məmurdur.
Əminə xanım Cəfərova xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında halal zəhmətlə yaşamaga çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. Əminə xanım bu gün də elə bir addımlar atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Əminə xanım Cəfərova elə bir sağlam təfəkkürə, elə bir saf əqidəyə sahib olan təhsil məmurudur ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.
Oda hər kəsə bəllidir ki, Əminə xanım Cəfərova yüksək savada və dünyagörüşə malik olan təhsil məmurudur. Məhz, belə bir səbəbdəndir ki, o, istənilən vəziyyətlə bağlı zamanında düzgün qərar qəbul etməyi bacarır və lazımi uğurları əldə edir. Bu şəxsin hər zaman ölkə rəhbəri cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələri həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik. Xarakterik xüsusiyyətində sadəliyi, hər kəsə qarşı yanaşmasında yüksək insani münasibəti üstün tutması məhz hər an Əminə xanım Cəfərova başucalığı gətirməkdədir. Bu gün o, insanlara diqqət və qayğı ilə yanaşır, hər kəsə probleminin həlli istiqamətində lazım olan köməkliyini göstərir.
Bəli, o, həmişə hansı sahədə çalışıbsa, hər zaman özünü doğrultmağı bacarıb. Yuxarıda qeyd etdiyimiz kimi, çox hörmətli Əminə xanım Cəfərova əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün o, yeni-yeni uğurlu addımlarını atmaqda davam edir.
PS. Qeyd edək ki, Təhsilin kefiyyəti yüksəkdir
Bizdə Tehsil.info.az (Təhsil Az ) kollektivi olaraq Bakı şəhər 256 nömrəli tam orta gənc pedaqoqu Əminə xanım Cəfərovaya iş fəaliyyətində uğurlar arzulayırıq.