Tərtər rayon R.Səfərov adına Sarıcalı kənd tam orta ümumtehsil məktəbin direktoru Mehdiyeva Vəsilə – Peşəkarlıq və idarəçilik bacarığı

Tarix:31-10-2025, 15:59
Baxış Sayı:25

 
















Azərbaycanın inkişaf yolunda ən mühüm sahələrdən biri təhsil sahəsidir. Təhsil ölkənin gələcəyini formalaşdıran, gənc nəslin bilik və dünyagörüşünü zənginləşdirən ən əsas amillərdəndir. Bu müqəddəs yolda pedaqoqlar, məktəb rəhbərləri və müəllimlər xüsusi rol oynayırlar. Onların əzmkarlığı, fədakarlığı və dövlətə sədaqəti nəticəsində cəmiyyətimizdə savadlı, vətənpərvər və əqidəli gənclər yetişir. Belə ziyalılardan biri də Tərtər rayon R.Səfərov adına Sarıcalı kənd tam orta ümumtehsil məktəbin direktoru Mehdiyeva Vəsilədir. Onun həyat yolu, peşəkar fəaliyyəti və təhsilə göstərdiyi xidmətlər bu gün pedaqoji ictimaiyyət üçün bir nümunədir.

Tərtər rayonu Azərbaycanın igidlər diyarıdır. Qarabağ müharibəsi illərində bu torpaqlar ağır sınaqlardan keçsə də, Tərtərlilərin vətən sevgisi heç vaxt sarsılmadı. Elə Vəsilə  xanımın həyat fəlsəfəsinin əsasında da vətənə bağlılıq dayanır. O, uşaqlıqdan elmə və təhsilə maraq göstərmiş, gənclik illərindən müəllimlik peşəsini seçmişdir. Müəllimlik onun üçün sadəcə bir iş yeri deyil, həyat missiyasıdır. Onun pedaqoji fəaliyyətində əsas məqsəd vətənə layiqli övladlar yetişdirməkdir. Bu gün məktəbin hər bir şagirdi təkcə dərs biliklərinə deyil, həm də milli-mənəvi dəyərlərə yiyələnməklə formalaşır. Bu, Vəsilə xanım Mehdiyeva  pedaqoji bacarığının, həm də vətənpərvər mövqeyinin nəticəsidir.

Məktəb direktoru olmaq, sadəcə inzibati vəzifə daşımaq deyil, həm də böyük bir kollektivə rəhbərlik etmək deməkdir. Bu işdə hər bir detal diqqət tələb edir: müəllimlərin pedaqoji inkişafı, şagirdlərin təhsili, valideynlərlə əlaqə, məktəbin maddi-texniki bazasının gücləndirilməsi və sair. Vəsilə xanım bütün bu məsələlərdə müdrik yanaşma sərgiləyir. Onun rəhbərliyi ilə Terter rayon R.Səfırov adına Sarıcalı kənd  tam orta ümumtehsil məktəbi həm təhsil göstəricilərinə, həm də təşkilati fəaliyyətinə görə seçilən məktəblərdəndir. Burada müəllim-şagird münasibətləri sağlam mühit üzərində qurulmuşdur. Şagirdlər müəllimlərinə böyük hörmətlə yanaşır, müəllimlər isə öz növbəsində şagirdlərin savadlı və vətənə bağlı yetişməsi üçün fədakarlıq göstərirlər.

Vəsilə  xanım müasir təhsil tələblərinə uyğun olaraq dərslərin daha maraqlı və səmərəli keçirilməsinə xüsusi diqqət yetirir. Müəllimlərin ixtisasartırma kurslarında iştirakını təşviq edir, yeni tədris metodlarının tətbiqini dəstəkləyir. O, yaxşı bilir ki, savadlı və gənc nəsli yalnız daim yenilənən, öz üzərində çalışan müəllimlər yetişdirə bilər. Vəsilə xanım Mehdiyeva müəllimlik sənətini hər şeydən uca tutur. Onun sözlərinə görə, müəllim olmaq həm məsuliyyət, həm də şərəfdir. Çünki müəllim bir insanın həyat yolunu işıqlandırır, onun gələcəyini müəyyənləşdirir. Vəsilə xanım şagirdlərin hər birinə öz övladı kimi yanaşır. O, dərslərdən kənar da uşaqların qayğısı ilə maraqlanır, onların sosial-mənəvi problemlərinin həllinə dəstək olur.

Məktəbin şagirdləri arasında çoxlu uğurlu nümunələr var. Respublika və beynəlxalq səviyyəli müsabiqələrdə, olimpiadalarda iştirak edən şagirdlərin qazandığı uğurlar Yeganə xanımın rəhbərliyinin və müəllimlərin əziyyətinin nəticəsidir. Bu nailiyyətlər həm də məktəbin adını ucaldır, Terter rayonunun təhsil uğurlarını göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə xüsusi diqqət yetirməsi hamıya məlumdur. Təhsil islahatları, məktəb infrastrukturunun yaxşılaşdırılması, müəllimlərin sosial rifahının artırılması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Vəsilə xanım Mehdiyeva da bu siyasəti hər zaman dəstəkləyir və öz fəaliyyətində rəhbər tutur.

Onun rəhbərliyi ilə məktəbdə milli-mənəvi dəyərlərin qorunmasına, dövlətçilik ideyalarının təbliğinə geniş yer ayrılır. Şagirdlər müasir biliklərlə yanaşı, dövlətə, orduya, üçrəngli bayrağımıza sevgi ruhunda böyüyürlər. Vəsilə xanım dəfələrlə qeyd edib ki, təhsilin ən böyük məqsədi savadlı və vətənpərvər gənclər yetişdirməkdir. Müəllim olmaq çətin, həm də şərəfli peşədir. Xüsusilə qadın müəllimlər üçün bu yol daha da fədakarlıq tələb edir. Vəsilə xanım Mehdiyeva həm ailədə, həm də məktəbdə nümunədir. O, həm bir ana, həm də yüzlərlə şagirdin müəllimidir. Onun həyat prinsiplərində saflıq, təmkin, məsuliyyət və vətənə bağlılıq əsas yer tutur.

Vəsilə  xanım həm də gənc müəllimlər üçün bir məktəbdir. Onun pedaqoji təcrübəsi, idarəçilik üslubu, insanlarla münasibətdə göstərdiyi səmimiyyət gənclərə örnəkdir. O, daim müəllimlərə dəstək olur, onların problemlərinin həllinə kömək edir, kollektivdə mehriban və sağlam ab-hava yaradır. Qarabağın azad olunmasından sonraTerterde  də yeni inkişaf dövrü başlayıb. Bu gün Terterde  tikinti-quruculuq işləri gedir, yeni məktəblər, mədəniyyət ocaqları, sosial obyektlər inşa olunur. Vəsilə xanım Mehdiyeva  da bu prosesdə fəal iştirak edir. Onun rəhbərlik etdiyi məktəb işğaldan azad olunmuş torpaqlarda təhsilin inkişafına töhfə verir.

O, yaxşı bilir ki, gələcəyin Terter bu gün məktəbdə yetişən gənc nəslin çiyinlərindədir. Bu səbəbdən o, bütün gücünü və enerjisini şagirdlərin savadlı, vətənpərvər və dünyagörüşlü yetişməsinə sərf edir. Terter rayon R.Səfərov adına Sarıcalı kənd tam orta ümumtehsil məktəbin direktoru Vəsilə xanım Mehdiyeva  pedaqoji fəaliyyəti, fədakarlığı və dövlətə sədaqəti ilə tanınan ziyalılarımızdandır. Onun həyatı əsl vətəndaşlıq nümunəsidir. O, həm bir pedaqoq, həm bir vətəndaş, həm də bir ana kimi öz üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirir.Bu gün biz qürurla deyə bilərik ki, Vəsilə xanım Mehdiyeva kimi müəllimlər olduğu müddətdə Azərbaycan təhsili daim inkişaf edəcək, gənclərimiz bilikli və vətənpərvər böyüyəcək, Terter torpağı işıqlı sabahlara doğru irəliləyəcək.

O, əsl vətəndaş, fədakar pedaqoqdur.

Ps.Bizdə Tehsil.info.az kollektivi olaraq Terter rayon R.Səfərov adına Sarıcalı kənd tam orta ümumtehsil məktəbinin direktoru Vəsilə xanım Mehdiyevaya iş fəaliyyətində uğurlar arsu edirik.