Zaman keçdikcə, xalqın həyat və təfəkkürü dəyişdikcə, inkişaf etdikcə təhsil dəyişir, inkişaf edir. Təbii ki, hər bir millət öz istiqlaliyyət və azadlığınısaxlamaq uğrunda mübarizə apararkən həm də təhsil və mədəniyyəti qoruyub saxlayır. Bu , gün təhsil, məktəb və tərbiyə yalnız maddi imkan deyil, həm də siyasi həyat, təsərrüfat üçün böyük yardıma ehtiyac var. Təsadüfi deyildir ki, bu və ya başqa bir xalqın, millətin mədəni inkişafı onun elm, maarif və texniki səviyyə ilə təyin edilir.
Müstəqil dövlətimizin təhsili də daim inkişaf edir, yenilənir. Təhsil sahəsində islahatlar, qabaqcıl texnologiyanın tətbiqi Azərbaycan təhsilinin yeni səviyyəsinə qaldırıldı. Şirvanda da təhsil uğurla inkişaf edir. Burada qabaqcıl məktəblərdən biri də Şirvan şəhər B.Aslanov adına 16 nömrəli tam orta ümumtəhsil məktəbidir.
Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxs - Şirvan şəhər B.Aslanov adına 16 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Aytən xanım Ağalarova haqqında bəhs edir. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edirik. Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli qism, sonu ALLAHIN ətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqətlə, inam və imanla addımlayan Aytən xanım Ağalarova Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Aytən xanım Ağalarova Azərbaycan dövlətinə sədaqəti, yüksək səviyyəli və öz işində hər zaman həyata keçirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazandırdı və doğrultmaq üçün bacardığı bir uğurdur. Şirvan şəhər Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Aytən Ağalarovanın diqqətindədir. "Bütün bayramlar və əlamətdar günlərdə onlara baş çəkirlər, qayğıları ilə maraqlanırlar, hər cür maddi-mənəvi məlumat əldə edirlər.
Bu gün ölkədə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilimizə yüksək diqqət və qayğısı var. Son illər yüzlərlə məktəb həm dövlət büdcəsi vəsaiti hesabına, həm də Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə təmir və bərpa olunub, yeni STEAM, uşaq-yaradıcılıq mərkəzləri yaradılıb.
Təhsil millətin gələcəyidir. Ümummilli Lider Heydər Əliyev uşaqları gələcəyimiz kimi dəyərləndirir, onların hərtərəfli inkişafı üçün zəruri addımların atılmasını qarşıya mühüm vəzifə kimi qoyurdu. Bu vəzifələr sırasında uşaqların təhsili, onların vətənpərvərlik ruhunda tərbiyəsi prioritet məsələ kimi öndə dayanırdı. Ümumilikdə təhsil hər bir dövlətin inkişaf səviyyəsinin göstəricisidir. Bu gün Azərbaycanda savadlılıq səviyyəsinin 100 faiz olması təhsil sahəsində aparılan islahatların, görülən tədbirlərin uğurlu nəticələridir. Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva təhsilin inkişafını daim diqqətdə saxlayaraq bu sahədə əsas göstərici olan məktəblərin tikintisinə, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirirlər. Hər yeni tədris ilində neçə-neçə məktəbin tikintisi, yaxud əsaslı təmir edilərək istifadəyə verilməsi, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın onların açılışında iştirakı ölkəmizdə təhsilin nə qədər xüsusi önəm kəsb etdiyini açıqlayır. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində iki mindən artıq məktəbin tikilməsi, yaxud əsaslı təmiri də bunun bariz nümunəsidir.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Şirvan şəhər B.Aslanov adına 16 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Aytən xanım Ağalarovaya biz də uğurlar arzu edirik. Xalq üçün, Vətən üçün əldən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işdə nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edirik, barələrində yazırıq.
Aytən xanım Ağalarova bütün işləri yüksək peşəkarlıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır! Ona etibar edən bütün işlərdə Ayten xanım Ağalatova özünü doğruldub.
Bizdə Tehsil.info.az ( Təhsil Az ) kollektivi olaraq Şirvan şəhər B.Aslanov adına 16 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru hörmətli Aytən canım Ağalarovaya dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar arzu edirik.