Təhsilə Həsr Olunmuş Ömür –Bakı şəhər Qaradağ rayonu Əliheydər Kazımov adına 228 №-li Tam Orta Ümumtehsil Məktəbin Direktoru Səkinə Rzayeva 

Tarix:23-10-2025, 08:53
Baxış Sayı:19

 










Səkinə Rzayeva Xanəli qızı 1976-cı il 28 may tarixində Bakı şəhərində anadan olub. 1993-cü ildə Bakı şəhəri Ə.Zeynallı adına 302 saylı tam orta məktəbi, 1998-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakultəsini bitirib. 1996-cı ildən 2009-cu ilə kimi Bakı şəhəri Qaradağ rayonu Əhməd Zeynallı adına 302 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi, 2009-cu ildən həm müəllim, həm də tədris işləri üzrə direktor müavini kimi çalışıb. 2015-ci ildə Direktorların İşə Qəbulu Müsabiqəsində iştirak edib. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində "Potensial məktəb direktorları" təlimlərində iştirak edərək Direktorların İşə Qəbulu Müsabiqəsinin bütün mərhələlərindən uğurla keçib. 2015-ci ildən Bakı şəhəri Qaradağ rayonu Ə.Zeynallı adına 302 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunub. Uğurlu fəaliyyət göstərərək 302 saylı məktəbin Bakı məktəbləri arasında reytinq sırasında irəliləməsinə nail olub. 2020-ci ildə Bakı şəhəri Qaradağ rayonu Əliheydər Kazımov adına 228 nömrəli tam orta məktəbə rotasiya olunub. 2001-ci ildən 2016-cı ilə kimi Yeni Azərbaycan Partiyasının üzvü, 2016-cı ildən bu günə kimi YAP-nın məktəb üzrə sədri kimi çıxış edir. 2016-cı ildən 2020-ci ilə kimi Qaradağ Rayonu 11 Saylı Seçki Dairəsinin 5 Saylı Seçki Məntəqəsində, 2023-cü ildən Qaradağ Rayonu 11 Saylı Seçki Dairəsinin 28 Saylı Seçki Məntəqəsində sədr vəzifəsini icra edir. Ailəlidir, 2 oğlu, 1 qızı var. Bakı şəhəri 228 nömrəli tam orta məktəbin direktoru Səkinə Rzayevanın iştirak etdiyi kurs, treninqlər, nail olduğu təşəkkürnamə və sertifikatları: 1. 2018-ci ildə "Təhsil sosial mediada” lahiyəsi çərçivəsində təhsil sahəsində həyata keçirilən islahatyönlü tədbirlər haqqında ictimaiyyətdə obyektiv rəyin formalaşdırılması, sosial şəbəkələrdə təbliğat işinin güclənduirilməsi sahəsində səmərəli fəaliyyətə görə” “Təhsil diskussiyalarının ən yaxşı aparıcısı nominasiyası” üzrə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təşəkkürnamə"si ilə təltif olunub. 2. Azərbaycan Təhsil Şurasının keçirdiyi “Qabaqcıl müəllimlərin Birinci Ümumrespublika Forumu”nda iştirak edib. 3. Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə 8 fevral 2019-cu il tarixində keçirilən “İş və Həyat Balansı” forumunda iştirakına görə Qərbi Kaspi Universitetinin rektoru / Dr. Andris Leitas tərəfindən sertifikatla təltif olunub. 4. “Qaradağ rayon Gənclər Evi” və “Qaradağ rayon Gənclər və İdman idarəsinin” birgə təşkilatçılığı ilə keçirilən “Qaradağ rayonu üzrə İntellekt birincisi” adlı çempionatın həyata keçirilməsində dəstək göstərdiyi üçün "Təşəkkürnamə" ilə təltif olunub. 5. Yeni fənn kurikulumlarının tətbiqi ilə əlaqədar 2010-cu il martın 09-dan 19-dək Bakı şəhərində təşkil olunmuş “Öyrədənlərin öyrədəni” kursundan keçərək Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Təlimçi” statusu almışdır. 6. 2 nd international forum on new challenges in education certificate is presented to Sakina Rzayeva for participating in the İnternational forum. 1 october 2021 Director of the İnstitute of Education of the Republic of Azerbaijan 7. 14 noyabr 2014-cü il 07 fevral 2015-ci il tarixlərində "Bu günün və sabahın məktəb direktorları" üçün məktəbin idarə edilməsi üzrə təlimlərdə iştirak etdiyinə etdiyinəADİU DQƏTM Direktoru Musayevin imzası ilə sertifikata layiq görülüb. 8. “Təhsil sosial mediada” lahiyəsi çərçivəsində təhsilin inkişafı üzrə həyata keçirilən islahatyönlü tədbirlər barədə ictimayyətin məlumatlandırılması və təhsilin təbliği sahəsində səmərəli fəaliyyətinə görə Təhsil Nazirliyi tərəfindən "Tşəkkürnamə" ilə təltif edilib. 9. Təhsil müəssisəsinin idarə olunmasında yüksək fəaliyyətinə və idarəçilik səriştəsinə, gənc nəslin təlim-tərbiyəsində əldə edilmiş yüksək nəticələrə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən "Təşəkkürnamə" ilə təltif edilib. 10. 05 oktyabr 2019-cu il Beynəlxalq Müəllimlər Günün münasibətilə əməkdə fərqləndiyinə görə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılovun 2019-cu il 03 oktyabr tarixili 128 nömrəli sərəncamı ilə "Fəxri Fərman"la təltif edilib. 11. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Mədəd Azərbaycan” MMC tərəfindən İnzibati – idarəetmə heyəti üçün təşkil edilmşi “İKT-nın təhsilə tətbiqi və idarəetmə sistemləri” təlim kursunu müvəffəqiyyətlə bitirdiyinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təltif olunub. 12. Yeni Azərbaycan Partiyası Qaradağ gənclərinin yetişdirilməsində xidmətlərinə görə YAP Qaradağ rayon təşkilatının sədri millət vəkili Aydın Hüseynov tərəfindən təltif olunub. 13. This is to certify that Rzayeva Sakina has attended the training course on the Humanitarian Principles . basics of İnternational Humanitarian and their modern teaching methods. İnternational Commitee of the red cross 14. S.Rzayeva “İnteraktiv texnologiyalardan və elektron məzmundan istifadə” sahəsində baza biliklərinə görə “Təhsildə İnnovativ Texnolgiyalar” Əlavə Təhsil mərkəzinin direktoru Aygün Qəndilova tərəfindən sertifikata layiq görülüb. 15. 2 nd international learning confrence Baku Azerbaijan 16-17 november 2017 in association with ATDC Learning to learn certificate of participation awarded to Sakina Rzayeva. Azerbaijan Teacher Development Centre Director Graeme Pollock 16. 2 nd international learnin confrence Baku Azerbaijan 18 november 2017 in association with ATDC Learning to learn master classes certificate of participation awarded to Sakina Rzayeva Azerbaijan Teacher Development Centre Director Graeme Pollock 17. Səkinə Rzayeva Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin keçirdiyi “Elektron Jurnal və Gündəlik Sistemi Platformasının istifadəsi” üzrə təlimdə iştirak etdiyinə görə Direktor Qasımov. İ.H tərəfindən sertifikata layiq görülmüşdür. 18. Rzayeva Səkinə Xanəli qızı Azərbaycan Xalq Cümhuriyyəti və Milli Ordunun yaranmasının 100 illiyi ilə əlaqədar keçirilən vətənpərvərlik tədbirlərində fəal iştirakına görə Müharibəsi Əlilləri, Veteranları və şəhid ailələri ictimai birliyi Qaradağ rayon filialının sədri Heydərov Maqsud tərəfindən "Fəxri Fərman"la təltif edilib. 19. 228 nömrəli tam orta məktəbin direktoru Səkinə Rzayevaya məktəbin məzunu Tağıyev Mustafa Hafiz oğlu Dövlət İmtahan Mərkəzi tərəfindən 2021-2022-ci tədris ili üçün I ixtisas qrupu üzrə qəbul imtahanlarından yüksək bal toplayaraq Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanması ilə əlaqədar BANM-ın rektoru Elmar Qasımov tərəfindən təşəkkür məktubu ilə dəyərləndirilib.Səkinə Rzayeva Azərbaycan Respublikası Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar ittifaqı Bakı Şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı komitəsi tərəfindən anadan olmasının 45 illiyi və təhsil sahəsində səmərəli fəaliyyətinə görə Bakı şəhəri üzrə Təhsil İdarəsi HİK-nin sədri E.Cəfərov tərəfindən təltif edilib. İxtisasartırma kursunda 05.09.2014-cü il tarixdə iştirak edib. 22. Təhsil Nazirliyinin keçirdiyi sosial sorğuda "Forbes siyahısı" nda yer almışdır. 23. Təhsil Nazirliyi tərəfindən keçirilən "Mənim məktəbim” layihəsində iştirak etmiş və məqaləsi "Azərbaycan müəllimi" qəzetində (08.12.2017 / No 47) nəşr olunmuşdur. 24. Mülki müadifə idarəsinin Mərkəzi Müdafiə kurslarında 2014-cü il 31 martdan 04 aprelə -dək təlim-tərbiyə işləri üzrə direktor müavinləri kateqoriyası üzrə tam proqramı bitirmişdir. İmza, Mülki Müdafiə İdarəsinin Mərkəzi Mülki kurslarının rəisi polkovnik Asif Qəribov 25. Mülki müadifə idarəsinin Mərkəzi Müdafiə kurslarında 2016-cı il yanvarın 05-dən 08-dək Məktəb direktorları kateqoriyası üzrə tam proqramı bitirmişdir. Mülki Müdafiə İdarəsinin Mərkəzi Mülki kurslarının rəisi polkovnik Asif Qəribov 26. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2012-ci il fevral ayında “Ədəbiyyat fənn aylığı”nda “açıq dərs” nominasiyasına görə təltfi edilib. 27. 02.06.2014 - 30.06.2014-cü ildə Azərbaycan dili və ədəbiyyat fənni üzrə Baki Pedaqoji kadrların İxtsasartırma və yenidənhazırlanma İnstitutundan diplom verilmişdir. 28. 2022-ci ildə Xüsusi qayğıya ehtiyacı olan insanlara həsr olunmuş 4-cü “Fərqli Fərdlər” konqresinin iştitakçısı olub. 29. Təlimə Dəstək Mərkəzində "Məktəb fəaliyyətinin təşkili və planlaşdırma" ixtisasartırma təlimi - 2022 30. Sertifikat - Master Klass "Pandemiya və sabahın təhsili" və "Təhsil bütün uşaqlar üçün" Beynəlxalq Təhsil Konfransı - Azərbaycan 2022 31. Azərbaycan Dövlət İqtisad Universitetində "Potensial məktəb direktorları" təlimini uğurla başa vuraraq Direktorların İşə Qəbulu Müsabiqəsindən böyük avantajla keçib - 2015 32.2021-ci ildə İTV kanalı tərəfindən haqqında videoreportaj yayımlanan, maddi və mənəvi yardıma ehtiyacı olan, valideynləri tərəfinfən baxımsız qalmış çətin sosial və psixoloji durumda olan məktəbli Fərid Baxşəliyevi himayəsinə alaraq bu günə kimi ona və digər belə şagirdlərə mənəvi analıq edir. Qeyd edək ki, F.Baxşəliyev hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində Humanitar Kollecin bədii yaradıcılıq işi fakultəsində əyani ödənişsiz təhsil alır. 33. 2021-ci ildə gənc yazar Ramil Həsənovun yazdığı "İsrail" elmi əsərinin redaktorudur, bundan əlavə, məqalələri mətbuatda çap olunub.


Təhsil cəmiyyətin inkişafının əsas sütunlarından biridir və bu sahədə çalışan insanlar gələcəyin qurucularıdır. Peşəkar pedaqoq, idarəçi və vətənpərvər ziyalı kimi tanınan Səkinə xanım Rzayeva uzun illərdir ki, Azərbaycanın təhsil sistemində mühüm rol oynayır. O, 228 №-li tam orta məktəbin direktoru kimi təhsilin keyfiyyətinin artırılması, şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi və məktəbin uğurlarının yüksəldilməsi üçün yorulmadan çalışır.

Peşəkar Pedaqoq və Təcrübəli İdarəçi

Səkinə xanım Rzayeva uzun illər təhsil sahəsində çalışaraq böyük pedaqoji təcrübə qazanmışdır. O, rəhbərlik etdiyi 228 №-li tam orta məktəbdə daim yenilikçi yanaşmalar tətbiq edərək təhsil keyfiyyətinin yüksəldilməsinə töhfə verir. Onun əsas məqsədi məktəbdə nizam-intizamı qorumaq, müəllimlərin peşəkar inkişafına şərait yaratmaq və şagirdlərin müasir biliklərə yiyələnməsini təmin etməkdir. Onun rəhbərliyi altında məktəb müasir tədris metodları, innovativ yanaşmalar və interaktiv təhsil proqramları ilə zənginləşdirilmişdir. O, məktəbdə təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması üçün müxtəlif layihələrə rəhbərlik etmiş, müəllim və şagirdlərin inkişafına böyük dəstək vermişdir.

Şagirdlərin Uğurlarına Dəstək

Səkinə xanım Rzayeva daim şagirdlərin uğurlarına önəm verən və onların inkişafına xüsusi qayğı ilə yanaşan bir rəhbərdir. O, şagirdlərin yalnız nəzəri biliklər deyil, həyati bacarıqlar, tənqidi düşüncə və vətənpərvərlik ruhunda tərbiyə olunmalarını əsas prioritet hesab edir. Məktəbin şagirdləri müxtəlif fənn olimpiadalarında, bilik yarışlarında və digər intellektual müsabiqələrdə uğurla iştirak edirlər. Səkinə xanım Rzayeva onların bu uğurlarına daim dəstək olaraq məktəbin nüfuzunu yüksəltmək və məzunların ali məktəblərə yüksək göstəricilərlə daxil olmaları üçün bütün imkanları səfərbər edir.

Məktəbdə Sosial Layihələr və İnkişaf Proqramları

Təhsil sahəsində yalnız akademik uğurlar deyil, eyni zamanda şagirdlərin sosial inkişafı, milli-mənəvi dəyərlərə bağlılıq və vətənpərvərlik ruhunda tərbiyəsi də önəmlidir. Səkinə xanım Rzayeva bu istiqamətdə də geniş layihələr həyata keçirir. O, məktəbdə şəhid və qazi ailələrinin övladlarına xüsusi diqqət və qayğı ilə yanaşaraq onların təhsil almasına dəstək göstərir. Eyni zamanda, müxtəlif sosial layihələr, vətənpərvərlik tədbirləri və xeyriyyə aksiyalarının təşkilində öncül rol oynayır.

Vətənpərvərlik və Dövlət Siyasətinə Dəstək

Səkinə xanım Rzayeva təhsilin yalnız bilik vermək olmadığını, şagirdlərə milli-mənəvi dəyərləri aşılamaq, onları vətənə bağlı gənclər kimi yetişdirməyin vacibliyini daim vurğulayır. Onun rəhbərlik etdiyi məktəbdə milli bayramlar, 20 Yanvar, 31 Mart, 8 Noyabr Zəfər Günü və digər əlamətdar tarixlər yüksək səviyyədə qeyd olunur. O, Prezident İlham Əliyevin təhsil sahəsində apardığı islahatları dəstəkləyən və bu islahatları məktəbdə uğurla tətbiq edən təhsil rəhbərlərindən biridir. Məktəbdə yeni texnologiyaların tətbiqi, müəllimlərin peşəkar inkişafına dəstək, şagirdlərə müasir yanaşmaların öyrədilməsi onun rəhbərlik etdiyi təhsil ocağının uğurlarını artıran əsas amillərdəndir.

Gələcəyə Baxış və Yeni Uğurlar

Səkinə xanım Rzayevanın rəhbərliyi ilə 228 №-li tam orta məktəb gələcəkdə daha böyük nailiyyətlərə imza atmağa hazırlaşır. Onun təhsildə tətbiq etdiyi innovativ metodlar, şagirdlərin uğurlarına verdiyi dəstək və vətənpərvərlik ruhunda yetişdirdiyi gənclər məktəbin uğur tarixini daha da zənginləşdirəcəkdir. O, müasir təhsil sisteminin tələblərinə cavab verən, yüksək bilikli və vətəninə bağlı gənclərin yetişməsinə töhfə verməyə davam edir. Onun fəaliyyəti, işinə olan yüksək məsuliyyəti və təhsilə sevgisi onu Azərbaycanın qabaqcıl təhsil rəhbərləri arasında xüsusi yerə sahib edən amillərdən biridir.Səkinə xanım Rzayeva , təkcə bir məktəbin deyil, gələcəyin formalaşmasına xidmət edən bir təhsil fədaisidir!

Ps.Bizdə Təhsil Az ( Tehsil.info.az ) kollektivi olaraq Bakı şəhər Qaradağ rayon Əliheydər Kazımov adına 228 nömrəli tam orta ümumtehsil məktəbin direktoru Səkinə xanım Rzayevaya iş fəaliyyətində uğurlar arzu edik.