Bakı şəhər Binəqədi rayonunda fəaliyyət göstərən 327 saylı uşaq bağçası-körpələr evindən şikayət var.
İddia olunur ki, baxçada hər uşağa görə 30 manat pul yığılır. XALQ-a məlumat verilib ki, 20 manat baxça direktoruna 10 manat isə müəllimələr hər ay pul yığır.
Pul yığımı bütün qruplarda həyata keçirilir. Lakin müəllimə valideynlər pulu gecikdirdiyi halda uşaqlara qarşı sərt davranır. “Bağçada hər uşağa görə aylıq 30 manat pul yığılsada üstəlik hər ay bəzi gündəlik vəsaitlər: sabun, salfetka və sair almağımız tələb olunur.
Hər səhər uşaqlara müxtəlif növ bulkalar və şirniyyat alınır, Baxçanın hazırladığı yeməklər heç də uşaqlara xoş gəlmir,əksər uşaqlar da bunu yemir. Qarşılığında isə uşaqlar axşamlar evə ac gəlir. Uşaqlara meyvə, yumurta, süd kimi vitaminli heç nə verilmir. Mətbəxə baxmağa belə valideynin icazəsi yoxdur deyə şikayətdə bildirilir.
327 saylı körpələr evi - uşaq bağçadının direktoru Xalidə xanım Quliyeva isə bu prosesi müəllimələr “hörmət” edin deyə pul yığımını həyata keçirir.
Aylıq ödənişlər isə hər qrupda müəllimələrin kartına atılması ilə həyata keçirilir.
Valideynlər onu da bildiriblər ki, dəfələrlə bağçanın müdirəsi Xalidə xanıma və tərbiyəçilərə müraciət edilsə də, uşaqlara təyin edilən qidaların verilməsi həyata keçirilmir. Bundan başqa, şikayətçilər bağçadakı təmizlikdən də narazıdırlar. Onların sözlərinə görə, otaqlar səhər uşaqlar bağçaya gələndən sonra təmizlənməyə başlanılır və içəri toz olur
Məsəslə ilə bağlı baxçadan heç bir açıqlama almaq mümkün olmadı.
Yazıda adları keçənlərində münasibətini dərc etməyə hazırırq.