Vətən sevgisi ilə yoğrulmuş ömür...
Hər bir insanın həyat yolunu müəyyən edən dəyərlər var. Kimisi var-dövlət, kimisi şöhrət, kimisi isə sadəcə kreslo arxasında oturmaq xatirinə yaşayır. Amma el də, obada da belə insanlara həmişə bir gözlə baxıblar: “o vəzifəni sevir, yoxsa vəzifə onu?” Ülviyyə Qənbərovanın timsalında görürük ki, onun həyat fəlsəfəsi sadədir: xalqa xidmət etmək – Vətənə xidmət etməkdir.
Doğulub boya-başa çatdığı ailədən aldığı tərbiyə, elin-obanın sevgisi, dövlətinə və millətinə bağlılıq hissi onun bütün fəaliyyətinə hopub. Tərtər kimi strateji və tarixi əhəmiyyətə malik bir bölgədə gənclərlə işləmək, onların inkişafına töhfə vermək həm məsuliyyət, həm də böyük fədakarlıq tələb edir. Ülviyyə xanım bu məsuliyyəti öz həyatının ayrılmaz bir parçasına çevirib.
Onu yaxından tanıyanlar yaxşı bilirlər ki, Ülviyyə Qənbərova rəhbər obrazını klassik inzibati üsullarla deyil, insani münasibətlərlə qurub. Tanınmış bir jurnalist onun haqqında belə deyir:
“Çox vaxt sərt inzibati tədbirə əl atmaq əvəzinə, sözlə, məntiqlə, izahla insanları inandırır. Həlim görünüşünün altında böyük bir iradə dayanır. Çünki o, yaxşı bilir ki, cəmiyyəti inzibati təzyiqlə yox, sözün gücü ilə islah etmək olar.”
Bu keyfiyyətlər bugünkü idarəçilik mühitində nadir tapıntıdır. Çünki çoxları vəzifədə olduğu anda qəlbinin yumşaqlığını, təvazökarlığını itirir. Ülviyyə xanım isə əksinə, təvazökarlığını rəhbər üslubuna çevirərək insanlarla ünsiyyətdə əsas körpünü etibar və hörmət üzərində qurur.
Sərvəti – saf və təmiz qəlbi...
El arasında tez-tez deyirlər: “Əl tutmaq Əlidən qalıb.” Ülviyyə xanım bu kəlamın canlı nümunəsidir. Yardıma ehtiyacı olanlara əl uzatması, ehtiyacı olan gənclərə dəstək göstərməsi, müxtəlif xeyirxah işlərə qoşulması onun sərvətinin ölçüsünü daha da böyüdür. Şəhid ailələri və qazilərə qaygı isə Ülviyyə xanımn fəaliyyətində ən önəmli bir sahədir. O, həmişə şəhid ailələrinin qazilərin yanındadır. O, Veteranların, aztəminatlı ailələrin yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Ülviyyə xanım Qənbərovanın öz səlahiyyətləri çərçivəsində hər cür köməklik göstər. Bəli, Ülviyyə xanım hər zaman Dövlətə - Dövlətçiliyə, Xalqa, Millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir. Şükürlər olsun ki , bu tendensiya bu gün də uğurla davam edir . Ülviyyə müəllimə özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil və qayğıkeşdir, nəzakətli, ciddi və mənəvi dəyərlərin daşıyıcısı, saf əqidəli insandır.
Media və təvazökarlıq
Maraqlıdır ki, Azərbaycan mediasında tez-tez adı hallanmasa da, onu yaxından tanıyanlar yaxşı bilirlər: Ülviyyə xanım diqqət mərkəzində olmağı sevmir. Təvazökar insandır. Əslində bu, onun böyüklüyündən xəbər verir. Çünki əsl xidmət – göstərilən işin çox danışılmasında deyil, görülən əməlindədir.
Bugünkü gənclərin tərbiyəsi, vətənpərvərlik ruhunda yetişməsi, sağlam düşüncəyə malik olması üçün Tərtər Uşaq-Gənclər İnkişaf Mərkəzində həyata keçirilən layihələr də məhz bu təvazökarlıq fonunda gerçəkləşir.
Qlobal düşüncə – milli dəyərlərlə yanaşı...
Ülviyyə Qənbərova yalnız lokal deyil, həm də qlobal düşüncə sahibi olduğunu müsahibələrində dəfələrlə sübut edib. Onun COP29 konfransı ilə bağlı söylədikləri bunu bir daha göstərir. O bildirir ki, Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin qlobal səviyyədə nüfuzunun artmasıdır.
Bu yanaşma həm də onun dünyaya baxışının genişliyini nümayiş etdirir. Çünki dövlətə və xalqa xidmət yalnız lokal problemlərin həllindən ibarət deyil, həm də beynəlxalq miqyasda Azərbaycanın imicini yüksəltməkdən keçir. Ülviyyə xanımın mövqeyi aydındır: Vətənə xidmət həm öz obanda, həm də dünyada Azərbaycanın adını ucalda bilməkdir.
Haqqın yanında olmaq – əsas meyar...
Tarixin bütün dövrlərində yaxşı məmur problemi olub. Amma bu problemin həllini tapmaq üçün sadəcə bir düstur var: haqqın yanında olmaq. H.Əliyevin də də dediyi kimi, “Ədalət olmayan yerdə dövlət olmaz.” Ülviyyə Qənbərova da fəaliyyətində bu düsturu rəhbər tutur. Onun siyasətində – əxlaq, əməllərində – ədalət, düşüncəsində – haqq dayanır.
Sözardı
Bu yazını qələmə almaqda məqsədimiz yalnız bir insanı tərifləmək deyildi. Məqsədimiz odur ki, cəmiyyətimizdə yaxşı nümunələr də var. Onları göstərmək, dəyərləndirmək lazımdır. Çünki yaxşıların yaxşı olduğunu demək, həm onları ruhlandırır, həm də başqalarını nümunə götürməyə vadar edir.
Prezident İlham Əliyevin dediyi kimi: “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün.” Bu çağırış hər bir məmur üçün dərs olmalıdır. Ülviyyə Qənbərova timsalında görürük ki, bu çağırışa sadiq qalan, dövlətin etimadını doğruldan insanlar var və onların fəaliyyəti gələcəyimiz üçün böyük əhəmiyyət daşıyır.
Əziz oxucu, bəzən təmənnasız yazı yazmaq çətin olur. Amma yaxşıların adını çəkmək, onların nümunəsini göstərmək həm mənəvi borcdur, həm də gələcək üçün ümid işığıdır. Çünki insan var olduğu dövr üçün çalışdığı kimi, gələcək nəsillər üçün də çalışmalıdır. Ülviyyə Qənbərova isə bu örnəyi qoyanlardan biridir – vəzifəsini vicdanla yerinə yetirən, millətinə sədaqətli, dövlətinə bağlı bir məmur kimi.
Ps.Bizdə Tehsil.info.az kollektivi olaraq Tərtər rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Ülviyyə Qənbərovaya iş fəaliyyətində hər zaman uğurlar arzu edirik.







