Nuridə Əhmədova – Laçının Təhsil Sistemində Yenilikçi Rəhbər

Tarix:29-09-2025, 15:06
Baxış Sayı:8

 











Laçın rayonunda təhsilin inkişafına mühüm töhfə verən, öz prinsipiallığı və peşəkarlığı ilə seçilən M.Y.Müseyibov adına Bozlu kənd tam orta məktəbin direktoru Nuridə xanım Əhmədova uzun illərdir ki, bu sahədə yorulmadan çalışır. Onun rəhbərliyi altında məktəb təkcə yüksək akademik nəticələr əldə etməklə kifayətlənmir, həm də şəxsiyyət yetişdirən, vətənpərvər, bilikli və savadlı gənclərin formalaşmasına töhfə verən bir təhsil müəssisəsinə çevrilib.


Nuridə xanım Əhmədova daim məktəbdə innovativ tədris metodlarının tətbiqinə önəm verir, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması üçün müxtəlif seminar və treninqlərin təşkilinə şərait yaradır. Onun rəhbərliyi altında məktəbin maddi-texniki bazası gücləndirilib, müasir laboratoriyalar, informasiya texnologiyaları sinifləri istifadəyə verilib və şagirdlərin daha keyfiyyətli təhsil almaları üçün əlverişli şərait yaradılıb.


Məktəbin müəllim və şagird heyəti yalnız tədris sahəsində deyil, eyni zamanda ictimai və sosial fəaliyyətlərdə də ön sıralarda yer alır. Vətənpərvərlik tədbirləri, idman və incəsənət yarışmaları, elmi konfranslar və digər mədəni tədbirlər Nuridə xanım Əhmədovanın diqqət mərkəzindədir. Onun təşəbbüsü ilə məktəbdə milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində müxtəlif layihələr həyata keçirilir.


Nuridə xanım Əhmədova şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qayğı göstərən rəhbərlərdən biridir. O, 44 günlük Vətən müharibəsindən sonra məktəbdə şəhidlərimizin xatirəsinə həsr olunmuş guşələrin yaradılmasına öncüllük edib, şəhid övladlarının təhsilinə xüsusi diqqət ayırıb. Onun təşəbbüsü ilə məktəbdə tez-tez vətənpərvərlik dərsləri keçirilir, qazilərimiz şagirdlərlə görüşlərə dəvət olunur və onların qəhrəmanlıqları haqqında danışılır.


Nuridə xanım Əhmədovanın rəhbərliyi ilə Laçın rayon M.Y.Müseyibov adına Bozlu kənd tam orta məktəb ən nüfuzlu təhsil ocaqlarından biri kimi tanınır və bu istiqamətdə inkişafını davam etdirir. Təhsil sahəsindəki yenilikçi yanaşmaları, tələbkarlığı və işinə olan sevgisi ilə Nuridə xanım Əhmədovanın məktəbin, müəllimlərin və şagirdlərin uğur qazanması üçün yorulmadan çalışır. Onun rəhbərliyi altında məktəb qarşıdakı illərdə daha böyük nailiyyətlərə imza atacaq və yüksək ixtisaslı, vətənpərvər gənclərin yetişməsinə töhfə verməyə davam edəcək.


Ps.Bizdə tehsil.info.az ( Təhsil Az ) kollektivi olaraq Laçın rayon M.Y.Müseyibov adına Bozlu kənd tam orta məktəbin direktoru Nuridə xanım Əhmədovaya iş fəaliyyətində uğurlar arzu edirik.