Leyla Məmmədova - Nümunəvi məktəb direktoru

Tarix:24-09-2025, 09:54
Baxış Sayı:75

 














Əsl vətəndaşın formalaşdırılması orta məktəbdən başlanır. Məktəbdə isə bilik və bacarıqların təməli ibtidai siniflərdə qoyulur. Binanın təməli nə qədər möhkəm qoyularsa, bina o qədər davamlı, möhkəm, uzunömürlü olur. Təhsil də belədir. Körpə balalarımızın da gələcəkdə əsl şəxsiyyət kimi formalaşması məhz ibtidai sinifdən başlanır. Əgər ibtidai siniflərdə bu təməl yaxşı qoyularsa, yuxarı siniflərdə uğurlar, nəticələr yüksək olur.

Şabran rayon Səməndər Musayev adına  Uzunboyad kənd tam orta məktəbin  direktoru Leyla Məmmıdova peşəkarlığın bu incə sirrini gəncliyindən dərk etdiyi üçün təməl qoyuluşunda səhvə yol verməməyə çalışır. Təcrübəli pedaqoq yaxşı bilir ki, təlim prosesinin mərkəzində şagird durur. Ona görə də yetişməkdə olan şəxsiyyət, bu günün şagirdi öz mühakiməsində azad olmalıdır. O, tənqidi düşünməyi, öz mövqeyini ağıllı şəkildə müdafiə etməyi, əldə etdiyi bilik və bacarıqları həyatda tətbiqini bacarmalıdır. Bu baxımdan o, şagirdlərin ətrafında baş verən dəyişikliyi tez görür, onlara zamanla ayaqlaşmaqda istiqamət, köməklik göstərir. O, yaxşı anlayır ki, müəllim yalnız öyrədici yox, həm də istiqamətvericidir. Şagirdlərdə müstəqil sürətdə hadisələri müşahidə etmək və nəticələri analiz etmək bacarığı formalaşdırır. Onlarla müqayisələr aparır, faktları ümumiləşdirir və sonda onların özlərinin nəticə çıxarmasına şərait yaradır, fəaliyyətlərinə qiymət verir. Bu yolla onlarda maraqlar, meyllər, tələblər formalaşır ki, bunlar da şagirdləri yaradıcılığa şövq edir.

Leya xanım Məmmədova  direktor  olaraq hər bir şagirdin fərdi qabiliyyətini nəzərə alır, riyazi və məntiqi təfəkkürünü inkişaf etdirir. Öz fikirlərini daha yaxşı, aydın, səlis ifadə etmək üçün lüğət ehtiyatının zəngin olmasına xüsusilə çalışır. Müəllim və şagird əməkdaşlığına fikir verir. Şagirdlərdə müəllimlərinə, yoldaşlarına qarşılıqlı hörmət və etibar formalaşdırır. O, şagirdləri öz fərdi xüsusiyyətləri ilə, olduğu kimi qəbul edir və onları daim dəstəkləyir. Bütün bu peşəkar xüsusiyyətləri ona qarşı şagirdlərində böyük hörmət və məhəbbət yaradır. Şagirdləri yuxarı siniflərdə oxuyanda da, ehtiyac duyduqda ondan məsləhət və kömək almaq üçün ona müraciət edirlər. Açığını deyək ki, bu, hər müəllimə nəsib olmayan xoşbəxtlikdir.

Şabran rayon Səməndər Musayev adına   Uzunboyat tam orta məktəbin direktoru  Leyla xanlm Məmmədova uzun illərdir ki, Azərbaycan təhsilinin inkişafına mühüm töhfələr verən fədakar bir pedaqoq kimi tanınır. Onun rəhbərlik etdiyi məktəbdə şagirdlərə bilik və bacarıqların aşılanması ilə yanaşı, vətənpərvərlik ruhunun formalaşdırılması da əsas hədəflərdən biri olmuşdur. Leyla xanım Məmmədova  təhsili sadəcə bilik əldə etmək prosesi kimi deyil, həm də milli ruhun, dövlətə və vətənə bağlılığın formalaşdığı bir mühit kimi görür.


Ulu Öndər Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" fikrini rəhbər tutaraq, Leyla xanım  Məmmədova hər zaman təhsilin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin elmi biliklərlə yanaşı, mənəvi dəyərlərə də yiyələnməsi üçün çalışmışdır. Onun rəhbərlik etdiyi məktəbdə təhsil alan şagirdlər yalnız bilikli və savadlı deyil, həm də cəmiyyət üçün layiqli vətəndaşlar kimi yetişdirilir. Məktəbin rəhbəri kimi Leyla xanım Məmmədova  daim yeni təhsil metodlarını tətbiq etməyə, müasir pedaqoji yanaşmalardan istifadə etməyə üstünlük verir. O, müəllim kollektivinin də peşəkar inkişafına xüsusi diqqət yetirir, onların daim yeniliklərdən xəbərdar olması üçün müxtəlif təlimlər və seminarlar təşkil edir. Bunun nəticəsində məktəbin pedaqoji heyəti müasir dövrün tələblərinə cavab verən bir yanaşma ilə fəaliyyət göstərir.


Leyla xanım Məmmədova , eyni zamanda, şagirdlərin fərdi inkişafına da xüsusi önəm verir. Onun rəhbərliyi altında məktəbdə müxtəlif intelektual yarışlar, olimpiadalar, debatlar və yaradıcılıq festivalları təşkil olunur. Bu tədbirlər şagirdlərin intellektual potensialının üzə çıxarılmasına və onların öz bacarıqlarını inkişaf etdirməsinə şərait yaradır. Vətənpərvərlik tərbiyəsi Leyla xanım Məmmədivanın fəaliyyətində əsas istiqamətlərdən biridir. O, daim məktəbdə milli-mənəvi dəyərlərin təbliğinə önəm verir, şagirdlərin Azərbaycanın tarixi, mədəniyyəti və qəhrəmanları haqqında daha çox məlumat əldə etməsi üçün tədbirlər təşkil edir. Xüsusilə, Vətən müharibəsində şəhid olmuş qəhrəmanların xatirəsinə həsr olunmuş tədbirlər məktəbdə ənənəvi olaraq keçirilir.


Məktəbdə şəhid ailələrinin övladlarına və qazilərə xüsusi qayğı ilə yanaşılır. Leyla xanım Məmmədova onların təhsildə daha da irəliləməsi üçün lazımi dəstəyi göstərir, onlara psixoloji və mənəvi dayaq olur. O, həmçinin valideynlərlə sıx əməkdaşlıq edir, onların övladlarının təhsili və tərbiyəsi ilə bağlı fikirlərini öyrənir və məktəbdə ailə-məktəb əməkdaşlığını daha da gücləndirməyə çalışır. Leyla xanım Məmmədovanın rəhbərlik etdiyi məktəb müasir təhsil standartlarına cavab verən bir təhsil müəssisəsi kimi tanınır. Burada tətbiq olunan innovativ metodlar və şagird yönümlü yanaşmalar məktəbin uğurlarının əsasını təşkil edir. Bu məktəbin məzunları müxtəlif ali təhsil müəssisələrinə daxil olur, yüksək nəticələr əldə edir və gələcəkdə cəmiyyətə töhfə verən şəxslərə çevrilirlər.


Direktorun təhsil sahəsindəki fədakar əməyi yalnız məktəblə məhdudlaşmır. O, müxtəlif təhsil konfranslarında, seminar və forumlarda iştirak edir, ölkənin təhsil siyasətinə dair təkliflər irəli sürür və öz təcrübəsini həmkarları ilə bölüşür. Onun təşəbbüsləri bir çox məktəblər üçün nümunəvi model kimi qəbul edilir. Leyla xanım Məmmədovanln  təhsil sahəsindəki uğurları müxtəlif mükafatlar və fəxri adlarla qiymətləndirilmişdir. Onun pedaqoji fəaliyyətinə verilən yüksək dəyər, həm müəllimlər, həm də valideynlər tərəfindən böyük hörmət və ehtiramla qarşılanır. O, hər zaman təhsilin inkişafı üçün yeni ideyalar axtarır və bu ideyaları həyata keçirmək üçün yorulmadan çalışır.


Şabran rayon Səməndər Musayev adına Uzunboyad kənd tam orta məktəbin direktoru Leyla  Məmmədova təhsilə olan sevgisi, vətənə olan bağlılığı və fədakar əməyi ilə gələcək nəsillərin bilikli və savadlı yetişməsinə xidmət edən nadir insanlardan biridir. Onun fəaliyyəti nəticəsində məktəb yalnız bir təhsil müəssisəsi deyil, həm də gənc nəsillərin vətənpərvər ruhda formalaşdığı bir mərkəzə çevrilmişdir. Təhsil fədaisi olaraq o, Azərbaycan təhsil sistemində özünəməxsus iz qoymuş və qoymaqda davam edir.


Leyla xanım Məmmədovanın yerli və dövri mətbuatda valideyn, məktəb səpgisində tez-tez yazıları dərc olunur.


Yəqin ki, hər bir təhsil işçisi bu sualı özünə verir: “Mən Azərbaycan üçün, xalqımın gələcəyi olan təhsilin inkişafı üçün nə etmişəm?” Leyla Məmmədova məncə, bu suala alnıaçıq cavab verə bilər. Çünki yuxarıda sadaladıqlarımız buna əyani sübutdur.Ömrünü fidan balalarımızın maariflənməsinə həsr etmiş Leyla Məmmədovanın bütün uğurları münasibəti ilə təbrik edir, ona can sağlığı və hal-hazırda dərs dediyi şagirdlərinin də bundan yüksək nəticə göstərməsini arzulayırıq, buna inanırıq da. Leyla Məmmıdovanın Şabran  təhsilinin inkişafında rolu böyükdür


Ps. Bizdə Tehsil.info.az ( Təhsil Az ) kolllektivi olaraq Şabran rayon Səməndər Musayev adına Uzunboyad kənd tam orta məktəbin direktoru Leyla Məmmədovaya işlərində hır zaman uğurlar arzu edirik.