Zaman keçdikcə, xalqın həyat və təfəkkürü dəyişdikcə, inkişaf etdikcə təhsildə dəyişir, inkişaf edir. Təbii ki, hər bir millət öz istiqlaliyyət və azadlığınısaxlamaq uğrunda mübarizə apararkən həm də təhsil və mədəniyyətini qoruyub saxlayır. Bu gün təhsil, məktəb və tərbiyə yalnız mədəni cəhətdən deyil, həm də siyasi həyat, təsərrüfat üçün də böyük əhəmiyyətə malikdir. Təsadüfi deyildir ki, bu və ya başqa bir xalqın, millətin mədəni inkişafı onun elm, maarif və texniki səviyyəsi ilə təyin edilir.
Müstəqil dövlətimizin təhsili də daim inkişaf edir, yenilənir. Təhsil sahəsində aparılan islahatlar, qabaqcıl texnologiyaların tətbiqi Azərbaycan təhsilini yeni səviyyəyə qaldırmışdır. Qubadlıda da təhsil uğurla inkişaf edir. Burada qabaqcıl məktəblər çoxdur. Onlardan biri də Qubadlı rayon İşıqlı kənd tam orta məktəbidir. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Qubadlı rayon İşıqlı kənd tam orta məktəbinin direktoru Ofelya xanım Yusifova barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Ofelya müəllim Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Ofelya müəllimə Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Qubadlı rayon İşıqlı kənd tam orta məktəbinin direktoru Ofelya xanım Yusifova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Ofelya müəllimənin n diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Ofelya xanım Yusifovanın səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.Ona etibar edilən bütün işlərdə Ofelya müəllimə özünü doğruldub.
Ofelya müəllimə bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
PS. BizdəTehsil.info.az İnformasiya Agentliyi olaraq hörmətli Ofelya xanım Yusifov dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.