Son zamanlar Azərbaycan təhsilinin inkişafı və təhsildə aparılan islahatlar öz bəhrəsini verməkdədir.
indiki gənclərimiz çox savadlı və intellektual səviyyədə yetişir.Bu nəticələrin əldə olunmasında müəllim və peşəkar kadrların əməyi böyükdür.
Azərbaycan təhsil sistemində kifayət qədər savadlı və peşəkar müəllimlər,məktəb direktorları və bağça müdirləri çalışır.Onlar üçün təlim- tərbiyə,təhsil ən müqəddəs bir şey sayılır. Bu kimi müəllim və uşaq bağçasının müdiri vəzifəsində çalışmış əsil pedaqoq Sədaqət Rəhimova Azərbaycan təhsilinin fəxri üzüdür.
Dünyann ən ali varlığı olan insan, yarandığı gündən, taleyin ağrı-acıları, min bir sınağı ilə üz-üzə qalır. Ömrün daş-kəsəkli yollarında əziyyətlərlə qarşılaşır, Sanku Ulu Tanrı özü sınağa çəkir insanı. Onun aliliyini, mətinliyini yoxlamaq, lap son anda isə, pillə-pillə ucaltmaq, mükafatlandırmaq üçün. Azərbaycan təhsilinin inkişafında böyük xidmətləri olan keşməkeşli tale yollarının mətin yolçusu, xalqımızın fəxri xanımı Rəhimova Sədaqət Əmir qızı da məhz Tanrının sınağa çəkib, pillə-pillə ucaltdığı şəxsiyyətlərdəndir. Şərəfli və mənalı ömür səhifələrində qızıl misralarla bir salnamə yazılmasına layiq nüfuzlu şəxsiyyət, el arasında sayılıb-seçilən ziyalı xanım Sədaqət Rəhimva əsil nəcib bir inaan olaraq, xalq tərəfindən məhəbbət qazanmış və böyük etimada layiq pedaqoqdur.
Rəhimova Sədaqət Əmir qızı 24 fevral 1952-ci ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. 1971-ci ildə Bakı Məktəbəqədər Pedaqoji Texnikumuna daxil olub. 1973-cü ildə fərlənmə diplomu ilə bitirib. S.Ə.Rəhimova 2000-ci ildən YAP-nın üzvüdür. 1976-cı ildən Xətai rayonundakı 55 saylı körpələr evi uşaq bağçasında pedqqoji fəaliyyətə başlayıb, həmin gündən qarşısında geniş üfüqlər açılmışdır. Həmin rayonun 165, 200, 223 saylı körpələr evi-uşaq bağçalarında uzun illər tərbiyəçi və metodist işləyən Rəhimova az vaxtda pedaqoji ictimaiyyət tərəfindən tanındı. İşləyə-işləyə 1981-ci ildə V.İ.Lenin adına (indiki ADPİ-nun) Məktəbəqədər pedaqogika və psixologiya fakultəsinə daxil olub. 1986-cı ildə həmin fakultəni bitirərək Məktəbəqədər Pedaqogika və Psixologiya ixtisasına yiyələnib.
S.Ə.Rəhimova 1996-cı ildən Xətai rayonundakı 240 saylı körpələr evi uşaq bağçasına rəhbərlik etdiyi ilk gündən elmi-metodiki axtarışlarını daha da genişləndirmişdir. Uşaqlarla aparılan bütün fəaliyyət növlərində uşaqların milli və vətənpərvər ruhunda tərbiyə olunmasına diqqət artırılır ki, uşaqlarımız gələcək nəsil üçün əsil vətənpərvər şəxsiyyət kimi yetişsinlər. Biz Vətən uğrunda canını qurban verən şəhidlərimizi heç vaxt unutmarıq. Uşaqlarımız hər il “Şəhidlər xiyabanı”na, “20 Yanvar”, Xocalı soyqrımı şəhidlərini ziyarətə gedirlər.
S.Ə.Rəhimova uzun müddət Xətai rayonu təhsil şöbsində Təhsilyanı şurasının və metodik şuranın üzvü və metodbirləşmənin sədri olmuşdur.
1999-cu ildə “İslahat proqramı” həyata keçirildikdən sonra Respublika üzrə təhsil müəssisələrində “İlin ən yaxşı pedaqoji oxu mühazirələri” müsabiqələrinin qalibi olmuş, I dərəcəli diplomlara layiq görülmüşdür.
Rayon, Şəhər və respublika üzrə keçirilən tədbirlərdə fəal iştirak etdiyinə görə Rayon Təhsil şöbəsi, Bakı baş təhsil idarəsi, Baki Şəhəri üzrə təhsil idarəsi, təhsil Nazirliyi, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Azərbaycan Respublika Komitəsi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən I dərəcəli diplomlara, fəxri fərmanlara və fəxri diplomlara layiq görülmüşdür.
S.Ə.Rəhimova “Məhsəti xanım Gəncəvi”, “İnam”, Azərbaycan bayrağı, “Uğur”, “Nurlu ziyalı” fəxri media mükafatları laureatıdır.
S.Ə.Rəhimovanın pedaqoji fəaliyəti “Uşaq dünyasının sevinci”, (2001), XXI əsrin ziyalıları, (2002), “XX əsrin Azərbaycan qadınları ensiklopedik toplusu” (2003) “XXI əsrin ziyalısı” (2010) adlı kitablarla işıqlandırılmışdır.
S.Ə.Rəhimova Bakı Məktəbəqəsər Pedaqoji Texnikumunda və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən hazırlanma İnstitunda saat hesabı müəllimə işləmişdir.
S.Ə.Rəhimova 2011-ci ildən 2017-ci ilə qədər Müəllimlər İnstitunda “Respublika üzrə Müdirlərin İxtisasartırma” kursunda dərs demişdir.
S.Ə.Rəhimova 2012-ci ildə prof. Y.Ş.Kərimovun elmi rəhbərliyi ilə ən aktual bir problemə həsrt olunmuş “Məktəbəqədər yaşlı uşaqların fəaliyyət növlərinin qarşılıqlı əlaqələndirilməsinin elmi-pedaqoji əsasları” mövzusunda dissertasiyasını müdafiə edərək, “pedaqogika üzrə fəlsəfə doktoru” adı almışdır.
Təhsil naziri Misir Mərdanov tərəfindən təsdiq edilmiş “Məktəbəqədər təhsilin kurikulum”-nun hazırlanması üçün təşkil edilən işçi qrupunun üzvü olub, 2012-ci ildə nazirin əmrinə əsasən 10 nəfər nümayəndə heyəti ilə Fillandiyada olub və oranın təhsil sistemini öyrənmişdir.
Təhsil Naziri Mikayıl Cabbarovun əmri ilə təsdiq edilmiş “Azərbaycan respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyasının həyata keçirilməsi ilə bağlı məktəbəqədər təhsilin kurikulum şöbəbəsində “Məktəbəqədər təhsilin kurikulumun hazırlanması üzrə yaradılmış işçi qrupunda fəaliyyət göstərmişdir. “İnnovativ təlim metodologiyasının və müvafiq resursların hazırlanması” mövzusunda keçirilən seminar-treninqdə iştirak etmiş və sertifikat almışdır.