Bakı şəhəri, Yasamal rayonu, Aytəkin Məmmədov adına 38 nömrəli Ümumtəhsil tam orta məktəbin müəllimləri Təhsil naziri Emin Əmrullayevə rəsmi şikayət ünvanlayıblar.

Tarix:7-09-2025, 11:47
Baxış Sayı:13


 









Bakı şəhəri, Yasamal rayonu, Aytəkin Məmmədov adına 38 nömrəli Ümumtəhsil tam orta məktəbin müəllimləri Təhsil naziri Emin Əmrullayevə rəsmi şikayət ünvanlayıblar.

Onlar məktəbdə baş verən qanun pozuntularından və əmək hüquqlarının kobud şəkildə pozulmasından narazıdırlar.

Müəllimlərin müraciətində qeyd olunur ki, məktəbə may ayından göndərilən Şikarova Şəlalə adlı şəxs pedaqoqların fəaliyyətinə qanunsuz müdaxilə edir.

Şikayətdə göstərilən əsas məqamlar:

• 26 avqustdan etibarən müəllimlərin hər gün saat 09:00-dan 14:00-dək məktəbdə saxlanılması və yalnız müəllimlər otağında oturmağa məcbur edilməsi.

• Sinif rəhbərlərinə sinif otaqlarının təmirini şəxsi vəsait hesabına aparmaq tapşırılması.

• Müəllimlərin dərs yükünün azlığını kompensasiya etmək üçün fakultativ və dərnəklər təşkil etmək istəklərinin rədd edilməsi.

Müəllimlər iddia edirlər ki, Şikarova Şəlalə “dərnəklərin müəllimlərə aidiyyəti yoxdur, onlar mənə məxsusdur” deyərək pedaqoqların təşəbbüslərini qəbul etmir.

Onların fikrincə, bu cür hallar pedaqoqların əmək hüquqlarının pozulmasına, tədris prosesinin keyfiyyətinə mənfi təsir göstərir və məktəbdə sağlam mühitin zədələnməsinə səbəb olur.


Müraciətdə Təhsil Nazirliyindən məsələni dərhal araşdıraraq qanuni tədbirlər görməsi xahiş olunub.//BakuNews.az