Vüsalə Baxışlı : TƏHSİL - gələcəyin inkişaf faktoru

Tarix:2-09-2025, 08:06
Baxış Sayı:14


Vüsalə Baxışlı : TƏHSİL - gələcəyin inkişaf faktoru


 










Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.


Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.


Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, Bakı şəhəri Akademik Xoşbəxt Yusifzadənin adına 112 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliməsi Vüsalə Baxışlının keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.


Gənc və əməkdar müəllim Baxışlı Vüsalə Əflatun qızı 1991-ci ildə anadan olmuşdur. Tam orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavr təhsilini almışdır. İlk fəaliyyəti 2017-ci ildən başlamışdır. B.Vüsalə eyni zamanda Gənc Müəllimlər Assosiasiyanda da fəaliyyət göstərir. 2017 ci ildən - 2018 ci ilə qədər İsmayıllı rayonuu 7 nömrəli tam orta məktəbində işləmişdir.  2018 ci ildən isə Akademik Xoşbəxt Yusifzadə adına 112 saylı tam orta məktəbində icra edir. B. Vüsalə öz ixtisas sahəsində nailiyyətləri ilə olduqca tanınan gənc müəllimlərdəndir. B. Vüsalə həm peşəkar, həm də nümunəvi pedaqoqlardan biridir. Sosial fəaliyyətlərində isə aktivliyi ilə seçilir. Ulu Öndər Heydər Əliyev demişdir : " Mən dünyada müəllim adından yüksək, şərəfli bir ad tanımıram". Vüsalə müəllim də belə bir şərəfli ada layiq olan müəllimlər sırasındadır. Daim özünü inkişaf etdirən, yeniliyə açıq və müasir təlim texnologiyalarının tələbinə uyğunlaşan pedaqoqdur. Gənc pedaqoq həm müəllim kollektivinin, həm də şagirdlərinin sevimlisidir. Vüsalə müəlliməyə vəzifəsini layiqincə və şərəfli yerinə yetirdiyi üçün təşəkkür edirik. 

 

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Bakı şəhəri Akademik Xoşbəxt Yusifzadənin adına 112 nömrəli məktəbin ibtidai sinif müəlliməsi Vüsalə Baxışlıdır.


Akademik Xoşbəxt Yusifzadənin adına  112 nömrəli tam  orta məktəbinin ibtidai sinif müəlliməsi Vüsalə  Baxışlı  - Bu gün ölkədə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilimizə yüksək diqqət və qayğısı var. Son illər yüzlərlə məktəb həm dövlət büdcəsi vəsaiti hesabına, həm də Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə təmir və bərpa olunub, yeni STEAM, uşaq-yaradıcılıq mərkəzləri yaradılıb.


Azərbaycan bütün istiqamətlərdə sürətli inkişaf yolunda inamla irəliləyir. Təbii ki, hər bir inkişafın təməlində insan kapitalı, onun əsasında isə təhsil dayanır. Çünki hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təhsil sahəsində önəmli islahatlar həyata keçirilir. Bu gün ölkəmizdə təhsilin daha da inkişafı üçün xeyli sayda dövlət proqramı icra olunur. Həyata keçirilən dövlət proqramları çərçivəsində təhsil təyinatlı yeni binalar inşa edilir, ümumi təhsil müəssisələrinin binaları əsaslı təmir olunur. Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişlənib, bütövlükdə təhsilin infrastrukturu müasirləşib.


Hazırda ölkəmizdə ən müasir standartlara cavab verən təhsil müəssisələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Hətta son üç ildə pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, bu məsələ diqqətdən kənarda qalmadı. “Görülən işlər bir daha təsdiqləyir ki, ölkəmizdə təhsilin və elmin inkişafı prioritet istiqamətlərindəndir. 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun şücaəti, xalqımızın həmrəyliyi sayəsində Zəfərlə başa çatdı. İşğaldan azad olunmuş torpaqlarımızda bu gün sürətli bərpa və quruculuq işləri aparılır. Bu quruculuq işləri təhsildən də yan keçmir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. İnanıram ki, bu istiqamətdə qarşıya qoyulan hədəflərə uğurla çatacağıq”.


Ps. Bizdə tehsil.info.az kollektivi olaraq Bakı şəhəri Akademik Xoşbəxt Yusifzadənin adına 112 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliməsi Vüsalə xanım  Baxışlıya iş fəaliyyətində hər zaman uğurlar arzu edirik.Nə yaxşı ki varsınız.