Elza Orucova : Təhsildə Liderlik və Humanizm Nümunəsi

Tarix:1-09-2025, 12:36
Baxış Sayı:148


Elza Orucova : Təhsildə Liderlik və Humanizm Nümunəsi



  











5 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru Elza Orucova təhsil sahəsində həm rəhbərliyi, həm də insanpərvər fəaliyyəti ilə tanınır. Onun təhsil işinə yanaşması həm şagirdlərin, həm də müəllimlərin inkişafına hərtərəfli dəstək göstərməyi hədəfləyir. Elza Orucovanın  rəhbərliyi altında Uşaq -  Gənlər İnkişaf Mərkəzi yüksək təhsil standartlarına çatmış, təlim proseslərinin keyfiyyəti artırılmış və şagirdlərin uğurları yeni səviyyəyə yüksəlmişdir.


Elza Orucovanın  rəhbərliyi ilə 5 nömrəli Uşaq - Gənclər  İnkişaf  Mərkəzi müasir təhsil metodları tətbiq edilir, müəllimlərin peşəkar bacarıqları inkişaf etdirilir və şagirdlərə təhsildə daha çox nailiyyət əldə etmək üçün şərait yaradılır. O, tədris prosesinin yalnız akademik biliklərin ötürülməsi ilə məhdudlaşmaması üçün çalışır; məktəbdə mədəniyyət, incəsənət, idman və ictimai fəaliyyətlər də geniş şəkildə təşviq olunur.


Elza  xanlm Orucova  həmçinin şəhid ailələrinə və qazilərə göstərdiyi dəstək və qayğı ilə də seçilir. Məktəb kollektivi ilə birgə bu qəhrəman ailələrin yanında olmağı özlərinə borc bilən direktor, onların ehtiyaclarına həssas yanaşır, mənəvi və maddi dəstəyini əsirgəmir. 5 nömrəli Uşaq - Gənlər İnkişaf Mərkəzində  keçirilən xeyriyyə tədbirləri və şəhid ailələrinə dəstək məqsədli layihələr, onun humanist xarakterini və vətənpərvərliyini əks etdirir.


Elza xanımın  fəaliyyətləri təkcə təhsil sistemində deyil, eyni zamanda cəmiyyətin müxtəlif sahələrində də yüksək qiymətləndirilir. O, məktəbin uğurlarını birgə əməkdaşlıq və fədakar yanaşma ilə təmin edir. Direktor olaraq, hər zaman şəxsiyyətlərin inkişafını və məktəbin cəmiyyət qarşısında nüfuzunu qorumağı əsas prioritet kimi görən Elza  Orucova , təhsil sahəsində həqiqətən də liderlik və humanizm nümunəsidir.


Ps. Bizdə tehsil.info.az kollektivi olaraq 5 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru Elza Orucovaya işlərində hər zaman uğurllar, ailə sədəti can sağlığı arzu edirik.