ABŞ-dəki etirazlarda 170 nəfər saxlanıldı

Tarix:10-06-2025, 11:45
Baxış Sayı:0

ABŞ-dəki etirazlarda 170 nəfər saxlanıldı
 
ABŞ-də ölkə Prezidenti Donald Trampın miqrasiya siyasətinə qarşı keçirilən etiraz aksiyaları zamanı 170 nəfər saxlanılıb. 
 
“Qafqazinfo” “Axios” portalına istinadən xəbər verir ki, onlardan 20 nəfəri Nyu-Yorkda Trampa məxsus “Trump Tower” göydələninin qarşısında saxlanılıb. 
 
“CNN” telekanalı isə San-Fransiskoda 150-yə yaxın etirazçının polis bölmələrinə aparıldığını bildirib. 
 
Qeyd edək ki, iyunun 6-da Los-Ancelesdə qanunsuz miqrantların kütləvi saxlanılmasına başlanılıb. Bir gün sonra isə şəhərdə məsələ ilə bağlı iğtişaş və aksiyalar başlayıb. Hazırda bütün ölkə üzrə etiraz aksiyaları davam edir.