Fransada islamofobiya davam edir - Yenə Qurani-Kərim yandırıldı

Tarix:4-06-2025, 09:57
Baxış Sayı:0

Fransada islamofobiya davam edir - Yenə Qurani-Kərim yandırıldı
 
Lionda naməlum şəxs yerli məsciddən müsəlmanların müqəddəs kitabını oğurlayıb və yandırıb.
 
"Bu barədə Rhone Departamentinin Məscidlər Şurası məlumat yayıb.
 
"İyunun 1-dən 2-nə keçən gecə Ərrahma məscidi İslamofobiyanın hədsiz qorxaq hərəkətinin hədəfi olub. Səhər saat 03:45 radələrində, azan oxunmasına təxminən 20 dəqiqə qalmış namaz zalına üzü açıq bir kişi daxil olub. O, Qurani-Kərimin bir nüsxəsini götürərək yandırıb, sonra isə binanın kənarında qoyub qaçıb, - məlumatda deyilir.
 
Məscidlər Şurası yerli hakimiyyət orqanlarından hücum edən şəxsin hərəkətlərini kəskin şəkildə pisləməyi xahiş edib. Hadisə ilə bağlı polisə şikayət edilib, araşdırma aparılır.