Sevilay balanın 10 yaşı tamam olur. Bu münasibətlə atası, anası, bütün yaxınları, qohumları onu ürəkdən təbrik edir, ona səmimi arzularını, diləklərini ifadə edirlər.
Sevilay bala, biz də Tehsil.info.az olaraq kollektivimiz adından səni səmimi qəlbdən təbrik edir, sənə uzun ömür, can-sağlığı arzulayırıq! Həyatında hər bir günün uğurlu olsun. Ad günün mübarək! Allah üzündən bu məsumluğu və qəlbindəki saflığı heç zaman almasın. Arzu edirik ki, yeni yaşında xoşbəxtliyin ən gözəlini yaşayasan, uğur həmişə səninlə olsun, həmişə belə gülərüz, gözəl qalasan. Hər zaman Tanrının sənə bəxş etdiyi bu gözəl ömürdə, ananın, atanın, yaxınlarının əhatəsində olasan. Sənə ürəyində olan arzuları həyata keçirəcək qədər ömür arzulayırıq.
Arzu edirik ki, həyatında heç bir çətinliyin olmasın. Ömür yolların göy qurşağı kimi rəngarəng, bal kimi şirin, su kimi saf, nağıllar kimi maraqlı olsun. Sevinc başının tacı, kədər ayağının tozu olsun. Bu arzular, səni qanadına alıb ən uca zirvələrə qaldırsın və yenilməz olasan! Həyat çətinlikləri ilə gözəl olsa da, bu çətinliklərin səni ruhdan salmamasım, hər zaman üzün də daxil olmaqla qəlbində və gözlərində təbəssümün olmasını arzu edirik.
İlk növbədə sağlam və xoşbəxt olasan, mükəmməl ali təhsil alasan, vətənə, xalqa əsl vətəndaş, ata-anana layiqli övlad olasan, imam tam, qəlbi təmiz, niyyəti pak insan olasan!!!
Allah hər zaman yolunu açıq etsin, doğru yolundan, xeyirxah əməllərindən uzaq etməsin!
Ad günün mübarək!
Arzulayıb sənə həyat neməti,
Deyirik Sevilay bala, canın sağ olsun.
Bu daşlı-kəsəkli həyat yolları,
Qoy sənin qarşında firavan olsun!
Bu gözəl ad günün mübarək olsun!
Təbrik edirlər !
Atası - Məhəmməd
Anası - Gülşən
Nənəsi - Rəsmiyyə
Bacısı - Gülçin
Xalası - Ellada