Abşeronda balıqların kütləvi ölümü - RƏSMİ AÇIQLAMA

Tarix:4-06-2025, 13:21
Baxış Sayı:0

Abşeronda balıqların kütləvi ölümü - RƏSMİ AÇIQLAMA
 
Abşeron rayonunun Məhəmmədi kəndində yerləşən göldə balıqların kütləvi ölümü ilə bağlı araşdırma aparılır.
 
Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən (KTN) məlumat verilib.
 
Bildirilib ki, Aqrar Xidmətlər Agentliyi (AXA), KTN-in Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Qida Təhlükəsizliyi Agentliyi (AQTA) araşdırma aparır.
 
Hər üç dövlət qurumunun mütəxəssisləri əraziyə baxış keçirib, sudan və balıqlardan nümunələr götürülüb. Nümunələr AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi, KTN-in Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim edilib.